Tanzaniyada sərnişin gəmisinin qəzası nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb

Dərc olunub: 23/09/2018 - 22:39

759c1766-c6c6-41e2-9b01-0cf0de4b8e3a_292Tanzaniyada sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb.”Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli “Citizen” qəzeti məlumat yayıb.
Mvanza şəhərinin polis rəisi Con Monqella bildirib ki, qəza zamanı ölənlərin sayı artıb. Qeyd edək ki, bərə cümə axşamı, Yukora adasının yanalma körpüsündən 50 metr məsafədə aşıb. Bəzi məlumatlara görə, hadisə zamanı gəmidə 400 nəfərdən – normadan çox sərnişin olub. Sərnişinlərin sayının çox olmasına baxmayaraq gəmi həmçinin yük, o cümlədən qarğıdalı dolu kisələr, banan və sement daşıyırmış.
Daha əvvəl qəzada 209 nəfərin öldüyü bildirilirdi.
Prezident Con Maqufuli qəza ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.








loading...


Fikrinizi bildirin