Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

Dərc olunub: 23/09/2018 - 23:10

081c48db-5036-4e04-9aef-0392b1fbcfc8_292 Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb.”Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Tarık Şah Bəhrami parlamentdəki çıxışında bildirib.
O, qeyd edib ki, son 1 ayda terrorçularla döyüşlərdə təhlükəsizlik qüvvələrinin 700-dən çox əməkdaşı yaralanıb. Bu müddət ərzində təhlükəsizlik qüvvələrinin 43 əməkdaşı terrorçular tərəfindən əsir götürülüb.
Nazir bununla belə qeyd edib ki, ötən ay terrorçuların da itkiləri 3 dəfə artıb. Tarık Şah Bəhraminin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları üçün qanlı aylar geridə qalıb.
Nazirlik yeni təhlükələrin qarşısının alınması üçün bəzi planlar üzərində çalışır.








loading...


Fikrinizi bildirin