Son yağış Bakının infrastrukturunu bərbad hala saldı… - Hətta avtomobilləri də

Yerli kommunal xidmətlərini qəflətən yaxalayan leysan Bakıda şəhər infrastrukturuna yenidən ciddi zərər vurdu. Virtualaz.org-un daha əvvəl xəbər verdiyi kimi, cəmi yarım saatlıq leysan bəs elədi ki, yolların və prospektlərin əksəriyyəti yağış suları altında qalsın. Halbuki kommunal xidməti sahəsinin işçiləri hələ də onun fəsadlarını aradan qaldırmaqla məşğuldurlar.

Bakının mərkəzində hələ 19-cu əsrdə tikilmiş evlərdən birinin eyvanı dağılıb. Yalnız xoş təsadüfdən heç kim zərər çəkməyib.

Şəhərin başqa hissəsində isə suyun təzyiqi altında divar uçub və orada saxlanılan avtomobillərin üstünə aşıb. Kərpic divar azı dörd avtomobili əzib və onları yararsız hala salıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar