Təhsil Nazirliyi şagirdlərdən pulun yığılmasına münasibət bildirib

Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.

Trendf-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib ki, summativlərin keçirilməsinə görə şagirdlərdən pul yığmaq məqbul hal deyil:

“Ümumiyyətlə, məktəbin müəyyən maliyyə imkanları olmalıdır. Bununla bağlı məktəblər üçün vəsaitlər də nəzərdə tutulur, məktəblər həmin vəsaitlə summativləri keçirirlər. Elə məktəblər var ki, onlar sponsor köməyindən istifadə edirlər. Amma summativləri bayraq edib pul yığmaq məqbul hal deyil”.

635x100

Şərhlər

Emin 2018-09-24 10:37:49

Nə olar 251 saylı məktəbə gəlin də ..görün nələr baş verir??? Uşaqlar məktəbə gedə bilmir. Məktəbin yolun bağlayıblar uşaqlar az qala maşının altına düşür...

veten dashi 2018-09-24 10:37:49

Ushaqlari mektebe qoymaq ucun aldiqlari 100-2500 azn arasi rushveti qoyub neden danishirsiz.Bunlarin adi genc ve prespektivlidi,deyishen formadi ,keyfiyyet deyishikliyi gozlemeyin.Ayaqi cariqli kicik bir olke Saakashvilileri yetirdi belke...

G.M 2018-09-24 10:37:49

Təhsilimiz məhv olsa da ..ondan yadigar qalan eybəcərliklər ( fond pulu,Drektorun ad günü təntənəsi və.s.) çiçək açır.

Son yazılar