BŞİH MƏSULİYYƏTİ "AZƏRSU"NUN ÜZƏRİNƏ ATDI - “Azərsu”dan cavab

Bakı Şəhər İcra hakimiyyəti (BŞİH) sentyabrın 23-də yağan yağışın törətdiyi fəsadlarla bağlı məlumat yayıb. BŞİH-in mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191 % olmuşdur. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır.

Fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, “Azərcu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunmuş, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülmüşdür. Kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilmiş, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmamışdır.

Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də bina səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahıl” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılmaması da əlavə problem yaratmışdır. Sonradan bu problem aradan qaldırılmış və axıdılan suyun səviyyəsi kəskin azalmışdır. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir.

Qeyd olunmalıdır ki, güclü yağışın yağması təbiət hadisəsi olmaqla, dünyanın bütün ölkələrində baş verir və heç bir ölkə bu kimi hallardan sığortalanmamışdır. Ötən illərdə Avropanın aparıcı ölkələrində güclü sel və subasmalar olub. Ona görə də buna adi təbiət hadisəsi kimi baxılmalıdır. Buna baxmayaraq isə kommunal və digər xidmətlər hər zaman belə hallara hazır olmalıdırlar.

***

Dünən Bakı şəhərində yağıntıdan sonra yaranmış problemin tək səbəbi var – qısa müddətdə aylıq normadan artıq yağıntının düşməsi. Bu fors-major hadisədir, təbii fəlakətdir. Bu sözləri Axar.az-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bakı Şəhər İcra hakimiyyətinin sentyabrın 23-də yağan yağışın törətdiyi fəsadlarla bağlı açıqlamasına cavabında deyib.

Qurum rəsmisi meriyanın Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi və “Sahil” təxliyyə kollektorunun çox gec açılması haqda Bakı ŞİH-nin iradına cavabında qeyd edib ki, “Azərsu” yağıntıdan sonra təxliyyə xətlərini açmaqla Neftçilər prospektini, “Sahil” metrosunu suyun altında qalma təhlükəsindən xilas edib: “3 təxliyə xəttimiz var: biri Azadlıq prospektləri istiqamətində, ikincisi Səməd Vurğun küçəsindədir. Biz şəhərdəki vəziyyətlə bağlı xəbər alan kimi dərhal həmin iki təxliyyə xəttini açmışıq. Bununla da su normal şəkildə dənizə axıdılıb.

3-cü təxliyyə xəttimiz Yusif Məmmədəliyev küçəsindədir. Y.Məmmədəliyev küçəsindəki təxliyyə xəttinin arxa hissəsindən böyük həcmdə gələn suyun yaratdığı təzyiq nəticəsində çətinliklər yaranıb. Problem bu zaman yaranmışdı. Ancaq bu da qısa müddətdən sonra aradan qaldırıldı”.

A.Cəbrayıllı bildirib ki, 2 il öncə xətlərin 100 faiz ötürücülük qabiliyyəti tam təmin edilib: “Bizim xətlərimiz tam işlək vəziyyətdə olub. Biz 2012-2015-ci illərdə xüsusi robotlarla, xüsusi yüksək təzyiqli maşınların köməyi ilə kollektorları yoxlamışıq, təmizləmə işləri aparmışıq. Biz Bakı şəhərindəki kollektorlardan 12 min kub/metr həcmində bərk məişət tullantısı götürmüşük. Kollektorlardan soyuducu, təkər, müxtəlif heyvan meyiti, dərisi, palçıq, çınqıl təmizləmişik. Təmizlədikdən sonra o xətlərin 100 faiz ötürücülük qabiliyyəti tam təmin edilib”.

Qeyd edək ki, 23 sentyabrda Bakıda aylıq yağıntı normasında daha artıq noqdarda yağış yağıb və bu da bəzi fəsadlara yol açıb. Bakı Şəhər İcra Hakimiyyəti yağışın küçə və prospektlərdə göllənməsi və fəsadlar yaratmasının səbəbləri sırasında Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsini və Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyyə xətlərinin çox gec açılmasını da göstərib.

635x100

Şərhlər

Elxan 2018-09-24 21:22:20

Azərsuya 4 məktub yazmışam,Prezident adminstrasiyasina 1 sikayət məktubu yazmişam hələ hec kim cavab vermir ki,ay qardaş sənin dərdin nədir? Rəsmi müraciət deyirlərsə bu da muraciət. Kimsə məndən pul gözləyirsə belə qara qəpik də verən deyiləm qardqş gəl vəzifə borcunu yerinə yetir!

Elxan 2018-09-24 21:22:20

Azərsuya demək olar ki, hər gun zəng edirəm deyirlər elə bu gun su xəttini bərpa edəcəyik beləliklə 3 ay kecdi. Bu necə xidmət anlamaq olmur. Ay qardas gəl su xəttini çək saygaca qədər su xətti Azərsunun ixtiyarindadir. Artiq mən məcburam kimi cəkiliş edim bu hadisəni ictimailışdirim. Vətəndaş bu qurumdan bu qədər əziyyət çəkirsə bu nə deməkdir? Suraxani rayonu qəza xidməti məni hədələyir niyə şikayət edirsən? Şikayət etməyək bəs susundan ölək,vəzifəni yerinə yetir səndən şikayət olmasın.Bu qədər olmaz 3 ay

Elxan 2018-09-24 21:22:20

Baki meriyasi bu məsələdə cox haqlidi 3 aydir mənim evimə su vermirlər pul istəyirlər 2 il bundan qabaq məndən 80 manat pul alib fuzyon birlesmə ucun saygac qoyublar.Əsas xətdən evimə 3m olar. Su xəttini çəkəndə yolun Hərəkət hissəsinin 5-10 sm dərinliyində basdirib,basdan sovdu iş gorduler. 3 həftə idi ki,hər gun qəza xidmətinə zəng edirdim gəlmirdilər su xətti partlayib etrafı sel su basmişdi, sonra gəlib tixaclayib getdilər eve su verilməsi dayandi,hər gun Azərsuya zəng edirəm əhəmiyyət verən yoxdur.

parviz 2018-09-24 21:22:20

Eldar azizov balkonlardan zive sokmek evezine Bakinin problemlerine daha ciddi yanashsaydi belkede sheherin su basmasi bu seviyyede olmazdi. En azindan onun oz mehellesi sayilan fevvarel meydanindan xeberi olmaliydi.

G.M 2018-09-24 21:22:20

Yağış sularının gölləndiyi küçələrdəki gölməçələrigörcək..Prokrorluq ,aidiyatlı hüquq-mqhavizə orqanları Yol Tkintisi,Su-Kanalizasiya idarələrinin ofislərinə tor atıb,Balıq tutacaqlar.

Elxan-a 2018-09-24 21:22:20

Sənə bir sual: Tapılmayan şeyi axtarana nə deyilir?

Şəkidən 2018-09-24 21:22:20

Hər şeyi kadr həll edir ? Təyin olunan kadrlar göz qabağındadır..?Su idarəsini qohum-qardaş tayfası idarə edir,ona görə əhali yağış yağanda "kako" içir....

Sual 2018-09-24 21:22:20

Azersu azeryol hebsi axbasin hesebatinda buna kim ne deye biler ya... hebsi dovletin milyonlarini paylasir buna sozunuz ne.. bu quruma òlke maliyesinden elave beynelxalq kreditler ayrilib ama seher ehalusi tulanti sularininda uzur. Dunyanin inkisaf etmis olkesini alqslada be...

samir 2018-09-24 21:22:20

ne qederki qohym eqrebe idarecliji var belede olacaq

Azeri 2018-09-24 21:22:20

HACIBƏLANIN DÖVLƏT VƏSAİTİ HESABINA TİKDİRDİYİ HEYDƏR ƏLİYEV SARAYININ ARXASINDAKI YER ALTI DAYANACAQDA ACINACAQLI DURUM BAŞ ALIB GEDİB YAĞAN YAĞIŞ DOLUB DAYANACAQA GİZLƏDİLİR SU 2 METRRƏ QƏDƏRDİ ODAMI AZƏRSUNUN GÜNAHIDIR ƏLBƏTDƏ YOX 250 MİLYONA MANATA TİKİLƏN DAYANACAĞIN PULUNUN ƏN AZI 50 % ZI HACIBƏLA VƏ PUL SİLƏN MAKİNASI RƏFAİL YEYİB DİRİNAJ SİSTEMİ OLMUYAN BİRSÖZNƏN BİYABIRCI VƏZYYƏTDƏ TİKİLİB

Sual 2018-09-24 21:22:20

Prezident aparatinda elcibetden qalmis erize sikayet sobesinin mudiri var naxcivanda abasin oxlu suleyman deyerler ya ona o muraciete baxarmi ya ona Qormazdan para qopa3maq gerekli deyilmi ya senin kimilerinin muracieti yoxsa....

antiAbu 2018-09-24 21:22:20

Bu problemi yaradan, Bakını 18 il söküb-dağıdan Hacıbala Abutalıbovdur. Asfalt çəkilməmişdən öncə bütün kommunikasiya xətləri dəyişdirilməli idi. Yüksək mərtəbəli binalar tikilməmişdən öncə kanalizasiya xətlərinin ötürülmə qabliyyəti artırılmalı idi. Baş Plansız harda gəldi, nə gəldi tikməyin axırı budur! İndi də Sovet dövründə planla tikilmiş mikrorayonlarda büşmərtəbəli binaların arasənda kütləvi şəkildə yüksəkmərtəbəli binalar tikirlər. Bakını niyə dağıdırsınız? Axı Bakı Ermənistanın paytyaxtı deyil!

Son yazılar