Polis və DTX birgə əməliyyat keçirib - Silah-sursat götürülüb

Polis və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DTX-nin rayon şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Bashirov Qarib 2018-09-24 11:46:01

Ov bıçagı,ov tufəngi... Bunu elə sahə muvəkkili də goturə bilərdi də.Bunu birgə əməliyyat xəbəri kimi vermək o deməkdir ki,mövzu qıtlıgı var .

Yengibar 2018-09-24 11:46:01

Halal olsun, belə çətin, mürəkkəb əməliyyatı necə başa çatdırıblar? Məncə belə əməliyyatlara Baş Prokurorluq, Sərhəd Xidməti, FHN, Vergilər Nazirliyi, ümumiyyətlə Nazirlər Kabineti bütünlüklə çəlb olunmalıdır. Ağadadaş kimilər vətən xaini elan olunmalı, İran ərazisində (bizdə asmağa icazə yoxdur) asılmalıdır... Belə xəbərləri oxiyanda adam xəcalət çəkir. Ov bıçağı, ov tüfəngi tapıblar... Ondansa, arada bu kanalizasiya lyuklərinin qapağını qaldırın, görün su axan yer var, ya yox...

Son yazılar