Ermənistana qaz nəqli dayandırılıb

Dərc olunub: 24/09/2018 - 12:25

4475c5ee-1043-4389-b4a5-5ca0e98e10d4_292Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Qazprom Armeniya” şirkətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti “Qazprom Armeniya”nı məsələ ilə bağlı məlumatlandırıb.

Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, bu xətt vasitəsilə Rusiyadan Ermənistana qaz ötürülür.


loading...




Fikrinizi bildirin