“İrşad Electronics”in rəhbəri intihar edib? - Qardaşından açıqlama (Yeniləndi)

Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən "İrşad Electronics” MMC-nin rəhbəri İrşad Hacıyevin ailəsi mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev Publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil”.

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”. 

****

Sentyabrın 14-də vəfat edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.

Bu barədə mərhumun yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.

Bakı Şəhər Prokurorluğundan bildirilib ki, İrad Hacıyevin ölümündən sonra araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İ.Hacıyevin özünü öldürməsinin səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, şirkətin rəsmi səhifəsində İ. Hacıyevin qəflətən ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunmuşdu. /"Qafqazinfo"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar