Neftin qiymətinin 100 dollara çatacağı bildirilir

Dərc olunub: 24/09/2018 - 14:10

e19ddcf3-5c1b-40dc-965c-fa2e9ec5220d_292Dünyanın ən iri neft satıcıları olan “Trafigura” və “Mercuria” neftin qiymətlərinin yenidən 100 dollar səviyyəsinə çatacağını güman edir.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunun səbəbi ABŞ-ın ikinci mərhələ sanksiyaları üzündən İrandan neft ixracının gözlənilən azalacağıdır. Belə ki, “Mercuria Energy Group Ltd” şirkətinin təsisçilərindən Daniel Yegginin fikrincə, İran neftinin ixracı gündə 2 milyon barelədək azala bilər və bu səbəbdən qiymətl artımını elə bu ilin dördüncü rübündə gəzləmək olar.

“Trafigura” şirkətinin rəhbəri Ben Lukol Milad bayramına qədər neftin 90 dollara yaxın, gələn ilin əvvəllərində isə 100 dollara satılacağı ehtimalını dilə gətirib.

Qeyd edək ki, neftin bir barelinin qiyməti 2014-cü ildən etibarən 100 dollar səviyyəsinə qalxmayıb.


loading...




Fikrinizi bildirin