“KTMT-ya qoşulmaq olmaz” - Deputat

“Bəzi mətbuat orqanlarında belə bir yazılar dərc edilir ki, guya Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşularsa, Dağlıq Qarabağ problemi həll olunar. Məsələnin üzücü tərəfi ondadır ki, bunu bəzi deputat həmkarlarım da dəstəkləyir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, unutmamalıyıq ki, Azərbaycan müstəqilliyini əldə etmək üçün çox qanlı yol keçib. “Ona görə Azərbaycanın KTMT-yə daxil olması düzgün deyil. Düzdür, Rusiya böyük ölkədir və Rusiya ilə yaxşı siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrimiz var. Hər iki ölkənin dövlət başçıları arasında da gözəl münasibət mövcuddur , bu münasibətlər indi də davam edir. Ancaq, bu, o demək deyil ki, Azərbaycan hər hansı bir hərbi bloka daxil olmalı, müstəqilliyini əldən verməlidir? Buna yol vermək, KTMT-yə qoşulmaq olmaz”.

Qeyd edək ki, Azərbaycanın KTMT-yə qoşula biləcəyi təklifi ilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib və onun təklifi deputat Qüdrət Həsənquliyev tərəfindən dəstəklənib.

635x100

Şərhlər

pensiyaner 2018-09-24 14:24:02

vahid muellim cox duzgun qeyd edirsiniz.eks teqdirde biz cox seyi birinci nevbede musteqilliyimizi elden vermis olariq.

Azad Qarabag 2018-09-24 14:24:02

Horməтli Milli Vəkil Vahid Əhmədov, bəlkə həmin MVlərə KТMТdən SOZ verənlər var? KТMТ məsələsinə (Qarabag) ərazilərimizin sonuncu əcnəbi hərbçinin тərk eтməsilə Azərbaуcana qaутarılmasından sonra bəlkə də baxmaq olar. Digər hər hansı уanaşma, bəzi Avropa dovləтlərinin (Almaniуaуa demək, heç də dogru olmaz) azgın A.Hiтlerə тəslimçiliуindən fərqlənməz. 25-30 il oncəki separaтçı və тerrorçuları şahidləri mühakiməуə vermədiуindən, "Vəтənə Xəуanəт Тəklifi"ləri də gozlənilən saтqınlıqdır.

Son yazılar