ARB TELEKANALININ RƏHBƏRİ və OĞLU İŞDƏN ÇIXARILDI - Kanalın yayımı dayandırıldı

Bu gündən "ARB24" televiziya kanalının yayımı dayandırılıb. Unikal.org-a daxil olan məlumata görə, ARB:24-ün yayımının dayandırılmasına səbəb, oktyabrın 1-dən ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərməsi olacaq.

Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: "Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.

Qeyd edək ki, "ARB:24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin televiziyada redaktor işləyən oğlu Allahverdi Şəfiyev bu gün tutduğu vəzifələrdən azad ediliblər.

****

Azərbaycanda televiziya rəhbəri və onun oğlu işdən çıxarılıb. Unikal.org xəbər verir ki, "ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin televiziyada redaktor işləyən oğlu Allahverdi Şəfiyev tutduğu vəzifədən azad ediliblər.

Xəbəri ARB televiziyasından təsdiqləyiblər.

635x100

Şərhlər

G.M 2018-09-24 17:49:55

Birdəfəlik bütün TV Kanallarını tolikə tapşırmaq lazımdır.Onsuz da bizim tv-lərə tolikfason adamlar daha çox meyl eliyirlər.ARB -kanalı nədirsə savadsız,aparıcılar,səviyəsiz verilişlər,yalan xəbərlər,hamısı şou şəkilində təqdim edilir.

samir 2018-09-24 17:49:55

qohym eqrebe i..... kornmemiw iw dejilki

Abit 2018-09-24 17:49:55

Onun fealiyyeti araşdırılmalıdır,reklam pullarını basıb yeyib,emlakı menimseyib,100 neferin raşot pulunu vermir,

Vətəndaş 2018-09-24 17:49:55

AZərbaycanda telekanallara nəzarət edən varmı ki. hələ adlara diqqət verən olsun.Verilişlərin mənasız,xəvərlərin yarımçıq və bir-birlərindən köçürmə olması,"tullan-düş" musiqiləri,küçə-toy müğənnilərinin yığnağına çevrilməsi,bir səviyyəsizin saatlarla ekranı işğal etməsi ( zaurlar.Xoşqədəm və digərləri),səviyyəsiz teleseriallar ( onlarda heç olmasa millətin sevdiyi,tanıyıb hörmət bəslədiyi əviyyəli artistin olmaması) xalqı bezdirdiyindən bu kanallara baxan olmur.Bunu düşünən qurum olmasına ehtiyac vardır

Seyid 2018-09-24 17:49:55

Lap əla oldu. Elgiz bekarçılıqdan olacaq BƏSTƏKAR!!!!)))))

Son yazılar