İsmayıllıda geniş sahəni əhatə edən yeni sürüşmə sahəsi yaranıb

Dərc olunub: 24/09/2018 - 14:38

5dbcf9fb-5f5a-4033-95f9-4744c1caed67_292“İsmayıllı rayonunda yeni sürüşmə sahəsi yaranıb”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, rayonun Lahıc inzibati ərazi dairəsinə daxil olan Bağəli kəndində ötən günlərdə yeni sürüşmə sahəsi müşahidə olunub: “Sürüşmə geniş sahəni əhatə edir. Sürüşən sahənin eni 150, uzunluğu 700 metrə çatır. Sahənin üzərində çoxsaylı və müxtəlif istiqamətli çatlar əmələ gəlib. Hazırda ərazidə sürüşmə aktiv fazadadır”.

O qeyd edib ki, həmin kənddə 3-4 ev var: “Evlərdə yaşayışın olmaması səbəbindən təbii fəlakət nəticəsində xəsarət alan olmayıb”.








loading...


Fikrinizi bildirin