Avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilir

Dərc olunub: 24/09/2018 - 16:20

15f9fa19-a32c-43be-982c-b8ddae9fd488_292Milli Məclisin (MM) deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

“Report”un xəbərinə görə, deputat bu təklifi MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: “Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.








loading...


Fikrinizi bildirin