Rusiyanın buğda ixracı ABŞ istehsalçılarını «hədələyir» - «The Wall Street Journal»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) buğda istehsalı kəskin azalıb - birdəfəyə 25,0 faiz. Bu zaman Rusiya bol məhsul yığır və deməli, xaricə daha çox buğda satacaq.

«The Wall Street Journal» qəzetinin məlumatına görə, bu, amerikalı fermerlərin gəlirlərinə neqativ təsirini göstərəcək.

Hal-hazırda Rusiya dünyada ən böyük buğda ixracçısı sayılır. Çar dövründən üzübəri, bu, ilk dəfədir ki, baş verir.

Rusiya Federasiyası artıq ikinci ildir ki, buğda bazarında ABŞ-ı ötüb keçir. ABŞ-da isə 1980-ci ildən başlayaraq fermaların bağlanmasının ən güclü dalğası gedir.

Rusiyalı fermerlərin bir üstünlüyü də bu ölkədə buğda istehsalının ABŞ-a nisbətən ucuz olmasıdır. Kəndlilər xərci rublla çəkir, xaricə isə öz məhsulunu dollarla satırlar.

Nəhayət, Çinin ABŞ buğdasına 25 faiz rüsum tətbiq etməsi də Rusiyaya daha bir üstünlük qazandıra bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar