Yaponiya əhalisi Putinin təklifinə münasibət bildirib

Rusiya prezidenti Vladimir Putin Yaponiya hökumətinə heç bir ön şərt irəli sürülmədən sülh müqaviləsi bağlamağı təklif etmişdi.

Xatırladaq ki, 1944-cü ildən bəri bu iki ölkə arasında Kuril adalarının mənsubiyyəti ilə bağlı mübahisə üzündən sülh müqaviləsi bağlanmayıb. Yaponiya hökumətinin təmsilçisi də Putinin təklifinə sərt reaksiya verərək, bunun indiki halda mümkün olmadığını bildirmişdi. Virtualaz.org xəbər verir ki, Yaponiyada dərc edilən iki qəzet oxucuları arasında mövzu ilə bağlı sorğu keçirib. Oxucular “Rusiya ilə ön şərtlər irəli sürülmədən sülh müqaviləsi bağlamaq olarmı?” sualına cavab veriblər.

“Yomiuri” qəzetinin sorğusunda iştirakçıların 75, “Nikkei” qəzetinin sorğusunda isə iştirakçıların 66 faizi “yox” cavabını verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar