PREZİDENTİN NAZİR MÜAVİNİ TƏYİN ETDİYİ XANIM KİMDİR? - FOTO

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Kənd təsərrüfatı nazirinə yeni müavin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamla İlhamə Qədimova İnam Kərimovun müavini təyin edilib. BakuPost yeni nazir müavinin qısa dosyesini təqdim edir.

İlhamə Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüququ üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.  2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb. 

İnam Kərimovun Kənd təsərrüfatı naziri təyin edilməsindən sonra, 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışır.

Картинки по запросу İlhamə Qədimova

635x100

Şərhlər

Vətəndaş 2018-09-24 18:23:01

Kadr öz təyinatı üzrə düzgün təyinat olduqda inkişaf olur,səhv olduqda isə korrupsiyaya yol açır.....?

Vətəndaş 2018-09-24 18:23:01

Bu vətəndaşlra o qədər hüquqi xidmət göstərb ki, vətəndaşlar onu tanıyır?O nə zaman vətəndaşlar qarşısına çıxıb ki?Bir də onun yaşı bu təhsilləri,elmi dərəcələri almaq üçün tələb olunan zamanla uzlaşırmı? Kənd təsərrüfatı da belə getdi! Allah rəhmət etsinQ

t.ədalət 2018-09-24 18:23:01

Hüquqşüqnas hara,kənd təsərrüfatı hara?Heyvandarlıq,əkinçilik və bitkiçilik,məgər hüquq sahəsidir?

EWDER 2018-09-24 18:23:01

BELI,KEND TESERRUFATINI ASAN XIDMETE CEVIRECEKLER.SAN POMIDOR,ASAN XIYAR ,ASAN TEREVEZ EKMEYIN VAXTIDIR,EJDER OL CANI

cəngərlik sakini 2018-09-24 18:23:01

Vüsalə xanıma.görünən kəndə bələdçi lazım deyil.ATASI ŞƏKİXANOVLARDAN,ANASI BAKIXANOVLARDANDIR.Başqa cür ola bilərmi???????????

G.M 2018-09-24 18:23:01

...həqiqətən KT-da,qoyun-malların hüququ qorunmur.Təzə müavin hüquqşunas olduğu üçün Mal -qoyunla yanaşı ,Qaz,toyuq və digər bu kimi canlıların şikayətinə baxıb ...qərarlar qəbul edəcək.

yengibar 2018-09-24 18:23:01

Bu nazirlikdən KVN iyi gəlir....

Əlpaşa 2018-09-24 18:23:01

Kənd Təsərrüfatı sahəsi ilə bağlılığı, təcrübısi olmayan adamın birdən-birə belə bir vəzifəyə qoyulması əvvəllır zarafatla deyildiyi kimi "partiya bileti olmayan şəxsin birinci katib qoyulması kimi bir şeydir". Asan xidmətə baxma, kənd təsərrüfatı tamam başqadər.

Seymur 2018-09-24 18:23:01

Bu xanimi taniyiram Cox ishguzar xanimdi. Esasede vicdanli ve bacariqlidir

Vüsalə 2018-09-24 18:23:01

Kadr barədə məlumat çox qısadır.Onun atası kimdir? Necə və hansı yolla bu vəzifələri bir-birinin ardınca tutub? Əsli haralıdır?Axı bizdə nazirlər,müavinləri və dgər vəzifəlilər tez-tez yer dəyişmirlər.Bu hansı səbəbdən qısa müddətdə belə yüksək vəzifələrə təyin olunub? Axı bu adanm heç bir tutduğu vəzifədə əməlli-başlı işləməyib?

Memmedhesen emi 2018-09-24 18:23:01

nehayet deyesen yavaw yavaw her wey duzelir, elbedtde her weyde evvelce huquqdur, qoyun mal ve ya kartof olanda ne olar? evvece onlarinda Huququ qorunmalidir ve sonra her Asan seviyede bol mehsul verecek, wekk elemeyun wek elemeyun ..

Son yazılar