Tramp Abenin görüşünə gəlib - Nyu-Yorka

«AzPolitika.info»-nun xarici KİV-ə isinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşmək üçün Vaşinqtondan Nyu-Yorka uçub.

«Nyu-Yorka gedirəm. Bu gün axşamı Yaponiyanın Baş naziri Abe ilə birlikdə keçirəcəm - hərbi və ticarət məsələlərindən danışacağıq» - deyə, Tramp özünün «Tvitter» səhifəsində yazıb.

«Biz, Yaponiyaya kömək planında çox işlər görmüşük və daha sərfəli-qarşılıqlı münasibət istəyirik. Hər şey işləməlidir!» - deyə, ABŞ Prezidenti əlavə edib.

Bundan əvvəl, Yaponiya nazirlər kabinetinin Baş katibi Esixide Suqa xəbər verib ki, Baş nazirin Nyu-Yorka səfərinin gedişində - sentyabrın 23-27 tarixlərində hökumət başçısı BMT Baş Məclisinin sesiyasında çıxış edəcək və ABŞ Prezidenti ilə rəsmi görüş keçirəcək.

Eyni zamanda, Donald Trampla şam yeməyi də nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar