35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib - 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Azərbaycanda yüzdən çox hakim nöqsan və pozuntulara görə məhkəmə sistemindən kənarlaşdırılıb. Bu barədə ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirdiyi geniş zona müşavirəsində bildirib.

Nazir deyib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, məhkəmə qərarlarının ədalətliliyi, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi və vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması daim diqqət mərkəzində saxlanılır: "Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib".

635x100

Şərhlər

analitik 2018-09-24 21:11:03

xidməti vəzifələrini birinci növbədə şəxsi maraqlarının təminatçısı kimi təsəvvür edirlər. Xüsusilə polis işçiləri vətəndaşlarla "bazar dəllalalrı" kimi davranırlar. Qanunçuluq, vəzifə məsuliyyəti, obyektivlik, ədalətlilik, ictimai qınaq kimi məvhumlar onlar üçün istehza və gülüş doğuran anlamlardır.Bu rayona yeni təyin edilmiş icra başçısı da bir dəfə də olsun ümumi yığıncaqlarda onların fəaliyyətindki özbaşınalıqlar barədə bir kəlmə də danışmır.

analitik 2018-09-24 21:11:03

Bu deyilənlər düz olsaydı vətəndaşların da bu hakimiyyətə inamı yaranardı. Təəssüf ki, bu məlumatlar hüquq-mühafizə sahəsində mövcud olan acınacaqlı vəziyyəti o qədər də obyektiv əks etdirmir.Gəncə hadisələrindən sonra belə qənaətə gəlmək olardı ki, hakimiyyət rəsmləri, hüquq-mühafizə işçiləri həmin olaylardan ibrət dərsi götürəcəklər. Təəssüf ki, yenə də məmurlar özbaşınalıqlarını davam etdirməkdədirlər. Misal olaraq, bu gün Gədəbəy rayonunda prokurorluq, məhkəmə və polis

Abuzər 2018-09-24 21:11:03

Bunun nə demək olduğunu görəsən Məmmədov cənabları anlayır?Belə bir quruma necə qanunları,insan azadlığı və hüquqlqrını qorumağı tapşırmaq olar? Buna necə və hansı əsasla ədalət məhkəməsi söyləmək olar?BUdurmu hüquqi dövlət! Yazıq edilmiş kasıb (rüşvət verməyə imkanı olmayan) bu məmləkətdə necə özünü müdafiə edə bilər? Bu ciddi siqnal deyilmi? 100 hakimi birdən işdən azad etmək,35-nə xəbərdarlıq nədən xəbər verdiyini anlayırsınızmı? Biabırçılıq !

analitik 2018-09-24 21:11:03

Yaxşı olardı ki, Gədəbəy rayonunda hüquq-mühafizə strukturlarının xidməti fəaliyyətinin qanunauyğunluğuna məsul olan dövlət nümayəndələri bu məlumatı sıradan şəxsi, subyektiv bir şərh kimi yox, rayondakı mövcud məmur özbaşınalığı barədə obyektiv həyacan siqnalı kimi qəbul etsinlər.

Mətləb Mustafayev 2018-09-24 21:11:03

Cənab Fikrət Məmmədov MTN-nin sifarişli qondarma "Şərləmə əməliyyatını"-nın məhkəmə istintaqı zamanı bilə-bilə ədalətsiz Hökm vermiş Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahov,Hökmü qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov barələrində mən bəraət aldığım müddətdən bir il keçməsinə baxmayaraq Məhkəmə Hüquq Şurası tədbir görməyib. Onların adı işdən azad olunan 100 nəfərin siyahısında niyə yoxdur? Xahiş edirəm mənə rəsmi məlumat verəsiniz.

Dövlətimizi sevən 2018-09-24 21:11:03

100 - dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırılması, Hakimlik testindən yüksək bal toplayan hüquqşünasların kənarda qalmasından xəbər verir....?

antiAbu 2018-09-24 21:11:03

Hacıbala Abutalıbovun sifarişləri ilə onun xeyirinə məhkəmə qərarları çıxaran - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynov, Ali Məhkəmənin hakimləri İlqar və Azər Hüseynovlar öz işlərindədirlər. Onlara gözün üstə qaşın var deyən yoxdur. İşdən qovulanlar, sözə baxmayan, sifarişli məhkəmə qərarları şıxartmaqdan imtina edən hakimlərdirlər. Azərbaycan məhkəmələri müstəqil deyil və insan haqları kobud şəkildə tapdalanır!

Son yazılar