«Trampın hakimiyyətdən kənarlaşdırılması barədə məlumatsızam» - Nikki Heyli

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT-dəki daimi nümayəndəsi Nikki Heyli KİV-in ABŞ baş prokuroru Rod Rozenstayna istinadla guya, Donald Trampın hakimiyyətdən kənarlaşdırılması haqda söylədiyi ideya barədə yaydığı məlumatı şərh edib.

«ABC» telekanalının efirindən Heyli bü şayiəni absurd adlandırıb və ABŞ administrasiyasında kiminsə, guya peşə baxımından tutduğu vəzifəyə yararsız olması səbəbilə, Trampın postundan istefa verməsinə cəhd göstərməsini mümkünsüz sayıb.

«Mən, bu barədə heç vaxt heç nə eşitməmişəm və hesab etmirəm ki, bunun reallıqla hər-hansı əlaqəsi var...» - Heyli qeyd edib.

O, qeyd edib ki, administrasiyada heç kim heç vaxt prezidentin psixi sağlamlığı barədə məsələ qaldırmayıb və ya buna oxşar digər məsələ barədə...

Bundan əvvəl, «The New York Times» qəzeti bəyan edib ki, ABŞ-ın Baş prokuroru Rod Rozenstayn Ağ Evin başçısının danışıqlarının audioyazısını aparmağı planlaşdırıb ki, Donald Trampın başçılıq etdiyi administrasiyada «yaşanan xaosu nümayiş etdirsin».

Guya, Rozenstayn vitse-prezident Mayk Pensin xeyirinə, hakimiyyəti Trampın əlindən almaq niyyətində olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar