Ramil Quliyev “İlin kişi atleti” mükafatına namizəd oldu

Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyev “İlin kişi atleti” mükafatına namizəd olub.Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Ateltika Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu il Almaniyanın paytaxtı Berlində keçirilən yarışda qalib gələrək, Avropa çempionu olmuş R.Quliyev oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində baş tutacaq Avropa Atletika Birliyi Qalasında təqdim olunacaq “İlin kişi atleti” mükafatına namizəd göstərilib.

Sosial mediadan həyata keçiriləcək səsvermə prosesi oktyabrın 5-dək davam edəcək.

Həmyerlimiz ötən il “Avropada ilin atleti” mükafatına namizəd olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar