Neftin qiyməti son 4 ildə maksimum həddə çatıb

"Brent" markalı Şimal dəniz neft qatışığının fyuçerslərinin dəyəri təqribən 4 il ərzində bir barelə görə 81 dollar göstəricisini ötüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Bazar ertəsi London birjasında "Brent"in noyabr fyuçersləri bir barelə görə 3,4% bahalaşaraq 81,43 dollara çatıb. Şimal dəniz nefti sonuncu dəfə 2014-cü ilin 12 noyabr tarixində 81 dollardan baha satılıb.

Hərraclarda WTI markalı yüngül neftin bir barelinin qiyməti 1,14% artaraq 71,89 dollara çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar