ABŞ Donbasda BMT nümayəndəsi ofisinin yaradılmasını təklif edir - Müvəqqəti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Donbasda Birləşmiş Millətlər Təşkilatının (BMT) ali nümayəndəsinin ofisinin yaradılması təklifi ilə çıxış edib.

«Nümayəndə, Minsk razılaşmasının bütün mərhələlərinin reallaşmasına qədər fəaliyyət göstərə bilərdi» - deyə, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker «Exo Moskvı» radiosuna müsahibəsində bildirib.

O, əlavə edib ki, ofis ATƏT-lə birgə struktur da ola bilər. Diplomatın sözlərinə görə, İsveç, Finlandiya, Avstriya, Belarus, Serbiya və Türkiyə artıq Ukraynanın şərqinə öz sülhməramlılarını göndərməyə hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar