MSK-nın iclasına gedən Gülağa Aslanlını polis saxlayıb

Bu yolla Aslanlının MSK-ya əlavə sənədləri verməsinin qarşısını alınıb

Bu gün səhər saatlarında prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlını polis saxlayıb. Musavat.com-un məlumatına görə, Gülağa Aslanlı Yasamal rayonu ərazisindəki evindən çıxaraq, MSK-nın iclasına gedirmiş.

Milli Şuranın mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, MSK-da seçki saxtakarlıgı ilə bağlı Cəmil Həsənlinin şikayətinə baxılan vaxt G.Aslanlı həbsdə olub. Bu yolla G.Aslanlının MSK-ya əlavə sənədləri verməsinin qarşısını alınıb.

MSK-nın iclasında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki saxtakarlıqları ilə bağlı şikayətinə baxılmalı idi. Gülağa Aslanlının saxlanılması şikayətə normal qaydada baxılmasına manne olub. Belə ki, MSK katibi Arifə Muxtarova iclasda bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən bəzi seçki məntəqələrində qanun pozuntuları baş verməsi iddia edilən şikayət xarakterli müraciətlər təqdim edilib: “Lakin həmin şikayətlərin istinad olunduğu müvafiq aktların əsilləri deyil, sürətləri təqdim olunduğundan şikayətin hüquqi baxımdan əsası olmadığı qənaətinə gəlinməlidir. Çünki qanunvericiliyə uyğun olaraq araşdırma aparılması üçün sənədin əsli təqdim olunmalıdır”. MSK katibi əlavə edib ki, G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb və o aktların özünün gətirilməsi istənilib.

Gülağa Aslanlı da tələb olunan sənədlərin əslini MSK-ya aparırmış. Lakin polis tərəfindən saxlanılan səlahiyyətli nümayəndənin iclasda iştirakına imkan verilməyib. Gülağa Aslanlını MSK-nın iclası başa çatdıqdan sonra sərbəst buraxıblar.

Saat 15.00-da Müsavat Partiyasının qərargahında bu qanunsuz olayla bağlı mətbuat konfransı keçiriləcək. Bütün KIV-lər dəvətlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar