Koçaryan Paşinyanı məhkəməyə verib

Ermənistanın sabiq prezidenti Robert Koçaryan ölkənin indiki baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məhkəmə informasiya sisteminin rəsmi internet saytında məlumat verilib.

Məlumata görə, R.Koçaryan şərəf və ləyaqətini ictimai böhtanlardan qorumaq məqsədi ilə məhkəməyə baş vurub.

İşə Yerevan şəhər məhkəməsində baxılacaq. Məlumatda iddiaçının N.Paşinyanın hansı ifadələrini nəzərdə tutduğu qeyd olunmayıb.

Amma Ermənistan KİV-i iddianın əsasında N.Paşinyanın Fransaya səfəri zamanı R.Koçaryanla bağlı açıqlamalarının dayandığını yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar