"Azərbaycanda heç bir aclıq problemi yoxdur" - Nazir müavini

Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə dövlət proqramları təsdiq olunub.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizdən aşağıya endirilib.

S.Həsənova əlavə edib ki, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində böyük işlər görülür və yaxın zamanlarda bu yöndə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.

635x100

Şərhlər

juk 2018-09-25 11:33:11

adamın vəzifəsini yazmamısınız. oxucu hardan bilsin hansı nazirlikdə müavidir

EJDER 2018-09-25 11:33:11

YALAN DANIWANIN ATABATASINA LEHNET

Valideyin 2018-09-25 11:33:11

Bu xanımıın uşaqların qidalanmasından,rasionlarından,internat,uşaq baxçaarı,yaslilərdə (dövlət ) qida porsionlarından xəbəri varmı? Boş-boş sözlər danışır.

Qaçqın aiısi 2018-09-25 11:33:11

Kabinetlərində oturub istənilən bəyanatı vermək çox asandır.Amma bu bəyanatlar həqiqıqətə uyğundurmu? Bunu düşünmədən söz demək çox asandır.Bu xanımın aylarla evinə ət ala bilməən,heç bir əsası olmadan kiloqramə 17-24 manata qaldırılan mənşəi və tərkibi məlum olmayan yağa belə həsrət qalan azərbaycanlı ailələrindən xəbəri varmı? Daxildən xəbəri olmadan,ümumi dolanışıq vəziyyətindən xəbəri olmayan qaının belə həqiqətdən kənar bəyanatları gülüş doğurur.Gör kimlər bizə rəhbərlik edir? Dağıl ey dünya!

Abit 2018-09-25 11:33:11

Düz deyir toxun acdan ne xeberi.Onda araşdır bu intiharları gör niye ölüme qol çekirler?

Son yazılar