Beynəlxalq Bankın müvəqqəti sədrinə yeni vəzifə verilib

Dərc olunub: 25/09/2018 - 12:15

153786068221 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir.

İclasda ABA-nın yeni vitse-prezidenti seçilmişdir. Belə ki, ABA-nın vitse-prezidenti Xalid Əhədovu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Abbas İbrahimov əvəz etmişdir.

Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin birinci müavinidir.

İclasda ABA-nın nəzdində yeni yaradılmış “Risklərin İdarə edilməsi üzrə Ekspert Qrupu”nun sədri təyin edilmişdir. Ekspert Qrupuna sədr “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov təyin edilmişdir.








loading...


Fikrinizi bildirin