Volvo da İrandan çıxdı

Dərc olunub: 25/09/2018 - 12:31

005İsveçin yük maşını istehsalçısı Volvo, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar səbəbindən ödəmələri almadıqları üçün bu ölkədəki yük maşını montaj müəssisənin fəaliyyətini dayandırdıqlarını açıqlayıb.

Volvo-nun sözçüsü Fredrik İvarsson verdiyi açıqlamada, Volvo-nun İrana göndərdiyi yük maşını ehtiyat hissələri qarşılığında ödəniş edilmədiyini, bu səbəbdən bu ölkədə çıxmaq qərarı verdiklərini deyib.
İvarsson telefonla etdiyi açıqlamada, “Bu, sanksiyalar və ABŞ-ın başqa məhdudiyyətlərinə görədir. İranda bank sistemi işləmir. Pulumuzu ala bilmirik. Buna görə də hələlik İranda çalışmırıq” deyib.

Amerika sanksiyalarından əvvəl Volvo, İranı Körfəz regionu və Şimali Afrikaya doğru əsas ixracat bazası etmək istədiyini açıqlamışdı.

Volvo, İranın ikinci böyük avtomobil istehsalçısı SAIPA-nın tərkibindəki “Saipa Diesel” ilə əməkdaşlıq edirdi. “Saipa Diesel”, İsveçdən göndərilən ehtiyat hissələrindən istifadə edərək Volvo-nun ağır yük yük maşınlarının montajını həyata keçirirdi. /”marja”








loading...


Fikrinizi bildirin