“Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur” - Parlamentin komitə sədri

“Azərbaycanda hazırda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, istər maddi-texniki baza, istərsə də kadr potensialı buna imkan verir: “Biz Azərbaycanda bütün xəstəlikləri müalicə edə bilərik. Bəzən insanları düzgün istiqamətləndirmirlər. Təəssüflər olsun ki, bəzi hallarda bunu xəstəxanalar edir. Əvvəllər Azərbaycan texnologiyalar sahəsində geri qalırdı, bu gün isə belə hal yoxdur. Amma elə xəstəliklər var ki bəşəriyyət onun qarşısında acizdir. Belə xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır. Elə olur ki, həmin adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur”.

635x100

Şərhlər

t.ədalət 2018-09-25 12:51:51

Azərbaycanda müalicə olunan xəstəlik varmı?Deputat, deyəsən camaatı aldatmaqla,ölkədəki olduqca bahalı və sonu ölümlə bitən müalicələri görmək istəmir?Azərbaycanda dərmanlar saxta,müalicələr isə kor-koranədir.Adamları ölümlə qorxudub ürəklərinə "stend" qoyurlar.Yersiz anju müayinələri və laborator analizlər aparırlar.Puldan ötrü hər cür fırıldağa əl atırlar.

Müəllimə XX-1-dən 2018-09-25 12:51:51

Hörmətli Müəllim. Bu cənabi deputat sadaladıqlarınız üçün demir ki, onlar onsuz da buralarda müəlicə olunmurlar. O, millətə səslənir ki, onun Tibb İnstitutunun Yanında tikdirdiyi 2-3 dənə 16-18 mərtəbəli korpusda işlər azalıb, millətin yarısı ölüb, qalan yarısı da oralara getmirlər. Bu cənabi duputat da onun üçün orada şaxsey-vaxsey salıb ki, yuxarılara pulu kisədən çıxarıb verməlidir. P.S.""Ona görə də yaşasın Rüstəm bəy!!!!"

EJDER 2018-09-25 12:51:51

VALLAH ,GULMELIDI...YALAN DANIWANIN ATABATASINA...MILLET INDI MUALICE UCUN GURCUSTANA GEDIR,BU NAQIL DANIWIR.IZRAILE NIYE GEDIRSINIZ.DERMANLARINIZDA KI,...BES DERMEN MONOPOLIYASI...,YEQIN EJDER OL...

məmmədqulu 2018-09-25 12:51:51

Elə mən də bu saət onu fikirləşirdim. Ona görə də Sizlər (Qliqarx-Qudalar hökümətinin məmə yeyəndən pəpə yeyənə kimi hamısı) dişləriniz ağrıyan kimi diplomatik pasportlarınızla Türk Hava yollarının təyyarələri ilə Almaniyaya və İsrailə gedirsiniz. Müalicə olunmamaq üçün!!! P.S. O böyüdücünü dediklərinizin üstündən götürün.

Ağsaqqal 2018-09-25 12:51:51

Mənə belə gəlirki müəllim bizi fil qulağında yatmış hesab edir ...

omer 2018-09-25 12:51:51

Ehliman muellim axi sizin etrafdaki deputadlar,nazirler ve diger imkanli adamlar bir wey olan kimi xarice mualiceye gedirler.ve yaxud bu yaxinlarda baw veren xadiseden sonra gencenin icra hakimin izraile apardilar..indi uzr isteyirem ,sizin semimi olmaginiza adamin inanmagi gelmir

Müəllim 2018-09-25 12:51:51

Bu deputatlar,məmurlar niyə boş-boş çıxışlarıla baş aldadırlar. Danışıqlarından,çıxışlarından heç xəcalət çəkmirlər?Əgər bu adamın danışıqları doğrudursa,onda niyə elə Səhiyyə naziri Almaniyaya,Vəliyev İzrailə,bir çox məmurlar Türkiyəyə,orta təbəqə İrana məsləhət və müalicə üçün gediblər.Bu adam bu suala cavab tapa bilərmi? Tapa bilməsə,özünün boşuna,qaloçka xatirinə,özünün mövcudluğunu yada salmaq xatirinə çıxış etdiyini saytda təsdiqləsin.Bir də cəfəngiyyatla çıxış etməsin.

Qənim 2018-09-25 12:51:51

Əhli-manata deyən lazım, özün nədən ildə 4 kərə Türkiyəyə çek-up etdirməyə gedirsən? Bunlar lap milləti avam yerinə qoyublar e

Son yazılar