Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir

Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, kardioloq-cərrah Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır.

O, Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqramın yaradılması təklifini irəli sürüb:

“Azərbaycanda kəskin ürək-damar xəstəlikləri böyük bir populyasiyanın problemidir. Gecələr təcili tibbi yardımların çağırıldığı statistikalara baxdığımız zaman ən çox problem yaradan hadisələrin kəskin infarktlar oluduğunu görürük. Azərbaycanda kəskin infarktların müalicəsi üçün kifayət qədər hüquqi baza var. Ancaq kəskin infarkt zamanı 2 saatın içərisində xüsusi bir proqramla bu problemi həll etmək olar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar