Azərbaycanda rəsmi saytlara giriş dayandı - Problem yaranıb

Dərc olunub: 25/09/2018 - 16:03

323481537874845Bir qədər əvvəl Azərbaycanda rəsmi dövlət qurumlarının saytlarında problem yaranıb. Bir neçə dəqiqə ərzində rəsmi saytların heç birinə daxil olmaq mümkün olmayıb.Hətta rəsmi informasiya agentliklərinin saytları belə açılmayıb.

Problemin səbəbi hələlik məlum deyil. Modern.az saytı  yaranan problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, bu məsələyə onlar nəzarət etmir.

“Delta Telecom”un daxili xidmət rəhbəri  Anar Gülməmmədov  isə saytımıza bu cür münasibət bildirib: “Nazirliklərin rəsmi saytına daxil ola bilməmək “Delta Telecom”un problemi deyil. Çünki dövlət saytlarının “Delta Telecom”a aiddiyatı yoxdur. Əgər ümumi internetlə maraqlanırsızsa, heç bir problem yoxdur. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən soruşun”.

Hazırda problem qismən aradan qaldırılıb.








loading...


Fikrinizi bildirin