AZƏRBAYCAN RUSİYAYA 5 MİLYARD DOLLAR NİYƏ VERİB? - TASS açıqladı

Dərc olunub: 25/09/2018 - 21:06

255530_crop_0Ötən ay  prezident İlham Əliyev Rusiyaya rəsmi səfəri zamanı prezident Vladimir Putinlə Soçidə keçirilmiş danışıqlardan sonra iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə danışarkən bildirmişdi ki, Azərbaycan son illərdə Rusiyadan cəmi 5 miyard dollara yaxın dəyərində silah və hərbi texnika alıb. Prezident bildirib ki, bu rəqəm daha da artacaq.

Bu bəyanatdan sonra 5 milyard  rəqəmi ekspert çevrələrində xeyli müzakirə olundu. Belə ki, Azərbaycan Rusiyadan aldığı 5 milyard dollarlıq silahlarla yanaşı İsrail, Belarus, Türkiyə və digər ölkələrdən də son illərdə milyardlarla dollarlıq müasir silah, hərbi texnika alıb. Bu da ölkəmizin hərbi potensialının hansı səviyyədə artdığı barədə aydın təsəvvürlər yaradır.

255531_src

Virtualaz.org xəbər verir ki, Rusiyanın TASS rəsmi xəbər agentliyi prezident Putinin Bakıya bu günkü səfəri ərəfəsində, habelə Azərbaycan paytaxtında ADEX 2018 müdafiə sərgisinin işə başladığı (həmin sərgidə Rusiya şirkətləri də iştirak edir) ölkəmizin son illərdə Rusiyadan aldığı silahların siyahısını dərc edib.

Agentlik qeyd edir ki, Azərbaycan Rusiya silahlarının ən iri idxalçılarından biridir. Stokholmdakı sülh problemləri institutu SIRRI 2006-2016-cı illərdə Rusiyanın silah ixracının 22 faizinin Azərbaycanın payına düşdüyünü bildirir.

SSRİ-nin dağılmasından, yəni 1991-ci ildən 2005-ci ilə qədər Azərbaycana Rusiya silahları ixrac edilməmişdi. Və 2005-ci ildən Rusiya silahlarının və hərbi texnikasının Azərbaycana sözün əsl mənasında axını başlayıb.

255532_src

TASS bildirir ki, 2005-2010-cu illərdə Azərbaycanın güc strukturları üçün yeni vertolyotlar alınıb: Gömrük Komitəsi üçün bir Mi-172 vertolyotu, FHN üçün üç Mi-171B vertolyotu, daha üç belə vertolyot isə DİN üçün sifariş verilib. 2008-ci ildə FHN Rusiyadan Be-200ÇS amfibiya-təyyarəsi alıb, 2010-cu ildə isə iki Ka-32A əldə edilib.

2007-ci ildə Azərbaycan Rusiya Müdafiə Nazirliyinin balansından 62 T-72B tankı, 4 zirehli remont-təxliyyə maşını BREM-1, habelə 6 “Msta-B” (152 mm) yedəklənən qaubitsasını alıb. 2008-2010-cu illərdə Rusiyadan 70 BTR-82A yeni zirehli transportyorları əldə olunub, habelə çoxsaylı “KamAZ” avtomobilləri alınıb. 2010-cu ildə bağlanmış müqavilə əsasında Rusiya Azərbaycana 100 “Kornet-E” tank əleyhinə raket kompleksləri satıb.

2009-cu ildə Azərbaycan Rusiyadan iki diviziyon S-300 PMU “Favorit” zenit-raket kompleksləri almaq üçün müqavilə bağlayıb. Bu komplekslər 2010-2011-ci illərdə çatdırılıb.

Bunlardan əlavə Azərbaycan tərəfi 2013-2018-ci illərdə Rusiyadan quru qoşunları üçün xeyli miqdarda yeni hərbi texnika alıb. Bunlar aşağıdakılardır:

-100 T-90S əsas döyüş tankı;

-118 BMP-3 piyada döyüş maşını;

-230 ədəd BTR-82A;

-166 artilleriya sistemi, o cümlədən 152 millimetrlik 18 “Msta-S” özüyeriyən qaubitsaları, 18 özüyeriyən “Vena” (120 mm) qaubitsaları, 18 “Smerç” reaktiv yaylım atəşi sistemi, 24 TOS-1A “Solntspyok” ağır odsaçan sistemləri .

255533_src

Mütəxəssislr bu müqavilələr portfelinin ümumi həcminin 1 milyard dollar olduğunu qeyd ediblər. Həmin paketə habelə iki diviziyon “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 152 millimetrlik yedəklənən “Msta-B” qaubitsaları, 120 millimetrlik, daşınan “Sani” minaatanları, avtomobil nəqliyyatı, mühəndis avadanlıqları, zirehli təmir-təxliyyə maşını BREM-1M və BREM-L, döyüş sursatları da daxil olub.

Ayrıca müqavilə üzrə 2010-cu ildə Azərbaycan Rusiyadan Dövlət Sərhəd Xidməti üçün 24 Mi-35M döyüş vertolyotu, (2011-2013-cü illərdə çatdırılıb, ümumi dəyəri 360 milyon dollar), 71 çoxməqsədli Mi-17-1B vertolyotu (40 ədədi Hərbi Hava Qüvvələri, 20-i sərhəd qoşunları, 6-ı Dövlət Mühafizə Xidməti, 5-i Daxili İşlər Nazirliyi üçün) alıb.

Bundan əlavə həmin il Azərbaycan Rusiyadan hava hücumundan müdafiə sistemləri sifariş edib. Həmin sifariş əsasında 2011-2012-ci illərdə Azərbaycan Rusiyadan 300 daşınan zenit-raket kompleksi “İqla-S” və onlara aid 1500 raket alıb. KİV-lər 2014-cü ildə Azərbaycana kiçik mənzilli “Tor-M2E” zenit-raket komplekslərinin iki batareyasının göndərildiyini yazıblar, amma digər məlumata görə bu müqavilə reallaşmayıb.

255535_src2010-cu ildə tərəflər Azərbaycanda lisenziya əsasında birgə silah istehsalı haqda razılığa gəliblər. Bu razılığa əsasən 2011-2021-ci illərdə Azərbaycanda 120 min AK-74M avtomatı istehsal olunmalıdır.

2011-ci ildə Azərbaycan ordusunun BMP-1 və BMP-2 zirehli döyüş maşınları parkının modernləşdirilməsinə dair müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən maşınlar “Berejok” döyüş modulu və “Kornet-E” tank əleyhinə raketləri ilə təchiz edilməlidir.

2014-cü ildə Azərbaycan hərbi-texniki əməkdaşlıq üzrə Rusiya federal xidmətinə bir divizyon sahil mənzilli “Bal-E” raket kompleksini almaq üçün sorğu verib. KİV-lərin məlumatlarına əsasən həmin müqavilə hələ reallaşmayıb, amma müzakirələr gedir. Habelə Rusiyadan daha 100 ədəd T-90S tankının və 12 Mi-35M vertolyotunun alınması barədə müqavilələr də hələ icra edilməyib.








loading...


Fikrinizi bildirin