ABŞ Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib

ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib."Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin federal reyestrinin saytında məlumat verilib.

Müvafiq sənəd sentyabrın 26-da rəsmi şəkildə nəşr olunacaq.

Xəbərdə qeyd edilib ki, "qara siyahı"ya "Aerokompozit", "Dayvtexnoserviz", "Gamma" Elmi və İstehsalat Müəssisəsi, "Vektor" Elmi Tədqiqat İnstitutu, "Nilco Group", "Texnologiya" Araşdırma və İstehsalat Müəssisəsi (Obninsk), "Okeanos", "Infotex", "Aviadiviqatel", "İnfoteks", "Syrus Systems", "Vega" Elmi Tədqiqat İnstitutu (Voronej) və digərləri salınıb.

Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın milli borcuna qarşı ABŞ sanksiyalarının tətbiq edilməsini gözləmədiklərini bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar