BMT BM iştirakçıları Trampın nitqini gülüşlə qarşılayıblar - «Belə reaksiya gözləmirdim...»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin (BMT BM) 73-cü sessiyasında iştirakçılar Amerika Birləşmiş Şatalarının (ABŞ) Prezidenti Donald Trampın çıxışını gülüşlə qarşılayıblar.

ABŞ lideri öz çıxışına ondan başlayıb ki, Ağ Evə gələndən sonra ABŞ-da vəziyyət necə dəyişib. Ənənəvi olaraq o, bəyan edib ki, «iki ildən az bir müddətdə» sələflərinin analoji müddətdə nail olduqlarından artığını əldə edib. Zal onun bu sözlərini gülüşlə qarşılayıb.

«Belə reaksiya gözləmirdim, amma bu - normaldır» - deyə, Tramp bir qədər sıxılıb və sonra iqtisadi artımdan, işsizliyin azalmasından və digər «uğur»lardan söhbət açıb.

Bu zaman Tramp, öz çıxışına gecikib - o, Braziliya prezidentindən sonra, ikinci çıxış etməli idi, gecikdiyinə görə, tribunaya Ekvadorun prezidenti Lenin Morenonu dəvət ediblər.

Öz çıxışında ABŞ prezidenti İrana qarşı sanksiyaları gücləndirəcəyini vəd edib.

O, qeyd edib ki, Vaşinqtonun «terrorçuluğun sponsoru» adlandırdığı İrana iqtisadi təzyiqləri davam etdirəcək.

Tramp İran rəhbərliyini korrupsiyada günahlandırıb və dünya birliyini İran xalqını dəstəkləməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar