Türkiyə ABŞ-la birgə hərbi təlimlər keçirəcək - Azərbaycan da qatılacaq

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə sentyabrın 28-dən oktyabrın 7-ə qədər Amerika Birləşmiş Ştatları (ABŞ) ilə birgə Aralıq dənizinin Şərqində qayıq əleyhinə hərbi təlimlər keçirəcək. Təlimlərə Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya, Səudiyyə Ərəbistanı da qatılacaq.

Bu barədə Türkiyə silahlı qüvvələri Baş qərargahının xəbərində söhbət açılır.

«Sentyabrın 20-dən oktyabrın 7-ə qədər Aralıq dənizinin şərqində Türkiyənin təşkilatçılığı ilə «Mavi Balina-2018» adlı hərbi-dəniz təlimləri keçiriləcək. Təlimlərdə ölkənin hərbi-dəniz və hərbi-hava qüvvələri ilə birgə, NATO, ABŞ, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya, Səudiyyə Ərəbistanının qüvvələri də itirak edəcək. Təlimin məqsədi qayıq əleyhinə müdafiə fəaliyyətinə praktiki öyrədilmə tapşırıqlarının yerinə yetirilməsindən ibarətdir. Təlimlərdə Türkiyənin 4 freqatı, 5 sualtı qayığı, iki korveti, bir material-texniki dəstək gəmisi, 3 təyyarəsi və 6 vertolyotu iştirak edəcək» - deyə, xəbər verilir.

Türkiyə belə təlimləri son bir neçə ildə öz müttəfiqləri ilə birgə keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar