İsrail İrana qarşı əməliyyatları dayandırmaq fikrində deyil

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin hərbi-siyasi kabineti orduya Suriyada İran qüvvələrinə qarşı əməliyyatları davam etdirmək əmri verib. Bu barədə «açar» nazirlərin iclasının yekunları barədə bəyanatda söhbət açılır.

Bununla bərabər, bəyanatda qeyd olunur ki, İsrail qüvvələri «təhlükəsizlik sahəsində Rusiya ilə koordinasiyanı» saxlamalıdır.

Kabinet bu qərarı Rusiya təyyarəsinin vurulmasından sonra yaranmış vəziyyəti müzakirə edəndən sonra çıxarıb.

Məlum olduğu kimi, sözügedən insidentə görə Moskva günahı İsrail tərəfin üzərinə qoyub.

Yerili KİV-in məlumatına görə, kabinetin iclası 3 saata yaxın davam edib. İnsidentlə bağlı Netenyahu nazirləri mətbuatda çıxış etməkdən çəkinməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar