Rusiya əhalisi «pensiya islahatı»na qarşı! - Prezidentə miyonlarla imza təqdim olunub...

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkədə «pensiya islahatı»na qarşı toplanmış milyonlarla imza Rusiya Prezidentinin administrasiyasına təqdim olunub.

İmzaları «Zamanın mahiyyəti» adlı sol-patriotik hərəkatın volontyorları toplayıb.

Ölkə Prezidentinə ötürmək məqsədilə imzaları «Zamanın mahiyyəti» hərəkatının 100 nəfər fəalı gətirib.

Təşkilatın «VKontakte» şəbəkəsinə yerləşdirdiyi videoyazıdan görünür ki, onlar əllərində qutular, qırmızı çətirlərlə yağışdan qorunaraq, Prezident administrasiyası binası qarşısında necə növbəyə dayanıblar.

Vladimir Putinə müraciət imzalamış şəxslər «pensiya islahatı»nı rədd etməyi və hökuməti istefaya göndərməyi tələb edirlər. Qeyd olunur ki, volontyorlar imzaları ölkənin 60 bölgəsində, o cümlədən, Moskvada - Arbat metro stansiyasının ətrafında toplayıblar.

İmzalar administrasiyaya pensiya islahatı barədə qanun layihəsinin Dövlət Dumasında ikinci oxunuşu ərəfəsində verilib. Artıq çümə axşamı yekun oxunuş olacaq və bundan sonra qanunun qəbulu gözlənilir.

Qeyd edək ki, «Zamanın mahiyyəti» hərəkatından başqa, pensiya islahatına qarşı imzalar başqa istiqamətlər üzrə də toplanıb. Belə ki, «Change.org» resursunda bu məqsədlə aparılmış petisiya demək olar, 3 milyon tərəfdar toplayıb. Burası - Rusiya...

635x100

Şərhlər

-- 2018-09-26 00:20:06

Rusiya məmurları ücün belə islahat lazımdır.Əbədi kreslodan yapıshıb öz xalqını talan etsin, ac saxlasın. Korrupsiyanın vətəni Rusiya.

Son yazılar