Makron G7-yə alternativ tapacaqları ilə hədələyib

Dərc olunub: 25/09/2018 - 23:39

96c7ca5b-ffa0-4e2e-b863-a8e3a4f9c45f_292Fransa prezidenti Emmanuel Makron G7-yə alternativ tapacaqları ilə hədələyib.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında deyib.

“Biz G7-də işləyəcəyik ki, COP21 (Paris İqlim Konfransı) çərçivəsində götürülən öhdəliklər artım istiqamətində yenidən nəzərdən keçirilsin. Əgər üzvlərdən biri davam etmək istəməsə, biz yenə də yeni koalisiyaların, yeni formatların axtarılmasına davam edəcəyik”, — deyə Fransa lideri bildirib.
Bundan əlavə, o, birbaşa olaraq ABŞ-ın adını çəkməsə də, Paris sazişinə əməl etməyən iri dövlətlərlə ticarət müqavilələri bağlamamağı təklif edib.


loading...




Fikrinizi bildirin