ABŞ İranın Hörmüz boğazını bağlamasına imkan verməyəcək - POMPEO

Birləşmiş Ştatlar İrana Hörmüz boğazını bağlamaq imkanı verməyəcək və hesab edir ki, Tehran bu su sahəsinə eksklüziv hüquqa iddia edə bilməz.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ-ın dövlət katibi Maykl Pompeo "Nüvə İranına qarşı cəmiyyət" Qeyri-Hökumət Təşkilatının konfransında çıxışı zamanı deyib.

"Bu gün İran gəmiləri beynəlxalq sularda beynəlxalq hüquq normalarını pozan əsaslarla [digər ölkələrin gəmilərini] sıxışdırırlar. Əgər İran rejimi hesab edirsə ki, Hörmüz boğazı büsbütün onlara məxsusdur, o zaman onlar son riallarını ABŞ-ın heç zaman buna yol verməyəcəyinə qoya bilərlər", - deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar