“TOPPUŞ BACI” EVİNİN İPOTEKASI ÜÇÜN PUL YIĞIRMIŞ! - Ağır xəstə deyil...

“Hamımızın “Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir”.

Bu sözləri modern.az-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli deyib. O, xərçəngə yoluxan əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi ilə özünü reklam etdiyini bildirib:

“Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. “Toppuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur.

Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir. Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir”.

T. Əliyeva isə “Qafqazinfo”ya açıqlamasında A. Kərimlinin ittihamlarını qəbul etmədiyini söyləyib:

“Mən xəstəliyimlə bağlı heç kəsə müraciət etməmişəm. Milli Onikologiya Mərkəzində müalicəmi gözəl bir şəkildə alıram. İnşallah, bir –iki günə şüalanma prosesim bitir. Xərçənglə özümü reklam etmirəm. Hamı bilir ki, efirdə evimin ipotekasının ödənilməsi barədə danışmışam. Bu qədər, qarşı tərəfin fikirlərinə hörmətlə yanaşıram”.

635x100

Şərhlər

London 2018-09-26 14:36:00

Senin seviyyende isdedadi olanlar,dunyanin her yerinde yuksek heyat terzi kecirdirler.cox tessuf.

Sual 2018-09-26 14:36:00

Sozun bitdiyi yerfi abi ankaloji xesdexana. Burasi insanlarin qelbini deser her kese obyekt kimi baxarlar. Size insaf xesdelere defa dilerim ya...

Məmləkət 2018-09-26 14:36:00

Həkim nə demək istəyir biz gözəl başa düşürük. O demək isteyir ki, o kimi opresya edirsə sağaler və onları təriflə getsin. Bu yazıq Toppuş bacı nə vaxt özünü reklam etdi ki? Hər kəs bilir bu xəstəlik nə deməkdir, həkim də boş-boş danışır. Belə çıxır ki, Azad doxdur artıq bu xəsrəlikləri sağaldır və ona nobel mükafatı vermək lazımdır. Ayə qoymeyin, ayə Rasim gəler, Moşu da qorxeyer. Dünyanın heç bir yerində şəkər və xərçngin sağalması mümkün deyil.

Omar 2018-09-26 14:36:00

.... Azad sen get tasi.galdir.Helem caamata lag edirsen?Nece adamin.haggi senin.ustundedi.Nece adam.pulsuzlugdan.ölüb getdi......SDövlet Xestexanasini alvere cevirib her şöbeye tas goyulub....

G.M 2018-09-26 14:36:00

Bu ``pryomların`` bünövrəsini Hacı nuran qoydu...Xalqımız da şükürlər olsun dilənçibazdılar..Ziyalıya dayaq olmazlar..cəfəng işlərə ``pul buraxırlar``.Axırından Allah saxlasın..yeni kütləvi dilənçilik metodu dəbə minməkdədir.Dilənçilik,yalançılıq və bu kimi yaramazlıqlar Milləti məhvə aparır.

X 2018-09-26 14:36:00

Her sualanma 750 _1250 arasi ferqle edilir yaziq Tunzale neylesin

Alver 2018-09-26 14:36:00

"Milli Onikologiya Mərkəzində müalicəmi gözəl bir şəkildə alıram. İnşallah, bir –iki günə şüalanma prosesim bitir... qarşı tərəfin fikirlərinə hörmətlə yanaşıram”. İnsan canının hayındadır, nə desin? Desin ki, "Milli" Onkologiya mərkəzində hər prosedur N qiymətədir? Sonra da həmin bu Azad Kərimli onu öldürsün? Camaat, Allah heç birinizin yolunu bu millilikdən xəbəri olmayan mərkəzə salmasın. Dövlət (yəni guya ki, millət) büdcəsinin hesabına tikilmiş, həmin büdcə hesabına saxlanılan bu mərkəzdə bu millətin

Son yazılar