PUTİNİN BAKIYA SƏFƏRİNİN VAXTI DƏQİQLƏŞDİ - Səfər proqramı açıqlanıb

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 27-də səhər saatlarında başlayacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, V.Putin Bakıda Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək: “Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”.

635x100

Şərhlər

t.ədalət 2018-09-26 16:28:00

Putinin Azərbaycan üçün xeyirli səfəri olmur.Allah bizi Rusiyanın şərindən qorusun!

G.M 2018-09-26 16:28:00

Putin qardaşdır...o başqa aləmdi yavər.

Son yazılar