NEFTİN QİYMƏTİ 100 DOLLAR OLACAQ! - İri treyderlər sürətli bahalaşma proqnozlaşdırırlar

Aparıcı ticarət şirkətləri 2014-cü ildən indiyədək ilk dəfədir ki, neftin bir barelinin 100 dollar səviyyəsinə qayıdacağını proqnozlaşdırırlar.

“Brent” markalı neftin qiyməti dörd illik maksimuma çatıb. ABŞ prezidenti Donald Tramp qiymətlərin məhz bu cür sıçrayışa keçməsinə yol verməməyə cəhd göstərərək, OPEK-dən neft ixracının həcminin artırılmasını tələb edir. Lakin kartel öz müttəfiqləri ilə birlikdə Əlcəzairdə keçirilən görüşdə ABŞ-ın tələblərini yerinə yetirmək istəmədiyi barədə açıq siqnal verib.

OPEK-in bu cür inadkarlığı Asiya qitəsindən olan neft sahəsi nümayəndələrinin, treyderlərin, neft emalçılarının və bankirlərin Sinqapurda keçiriən illik görüşündəki əhval-ruhiyyəyə çox yaxşı təsir edib. Asiya Sakit okean neft konfransındakı (APPEC) çıxışında “Mercuria Energy Group”-un həmtəsisçisi Daniel Yeqqi deyib: “Dördüncü rübdə gündəlik təklifin iki milyon barel aşağı salınması indiki bazarın tələbinə görə mümkün deyil. Mənim fikrimə görə, neftin qiymətinin bir barelinin 100 dollara sıçraması istisna sayılmamalıdır”.

- Sanksiyaların sərtləşdirilməsi

“Trafigura Group” neft treyder (neft ticarəti) şirkətinin həmsədri Ben Lakok bildirib ki, may ayında İranın neft ixracına qarşı Trampın yeni sanksiya planı elan etməsinin bazara göstərdiyi təsirə əsasən, hasilat, gündəlik olaraq 300-700 min barel azalmalıdır. Lakin indi əksəriyyət hesab edir ki, hasilatın azalması gündəlik 1,5 milyon barel təşkil edir. Çünki Birləşmiş Ştatlar sanksiya tədbirləri tətbiq etməkdə inanılmaz ciddidir.

Lakok APPEC konfrasında deyib: “Sanksiyaların tətbiqi ərəfəsində əksəriyyətin gözlədiyinin əksinə olaraq, yəqin ki, İran əvvəlkindən də xeyli az neft hasil edəcək”. Lakokun hesablamasına görə, yeni ilədək neftin qiyməti 90 dollara kimi yüksələcək, 2019-cu ilin əvvələrində isə 100 dollara çatacaq. Dünya neftinin yarısı üçün etalon sayılan “Brent” markası 80 dolları ötüb ki, bu da 2014-cü ilin noyabrından indiyədək olan ən yüksək qiymətdir. OPEK neft təklifini alt-üst edən Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalarla mübarizə aparmağa məcburdur.

İqtisadi böhrana görə Venesuelada da hasilat aşağı düşüb. Neft tədarükünün ən yeni və iri mənbəyinə çevrilmiş ABŞ şist neft hasilatı da çətinliklərlə üzləşib. Çünki boru kəmərləri problemləri və işçi çatışmazlığı hasilatın çoxalmasına əngəllər törədir.

- OPEK gözləmə mövqeyindədir

Problemlərin təcili həllinin tələb olunduğu belə mürəkkəb şəraitdə, böyük həcmdə neft hasil edən ölkələr Əlcəzairdəki görüşdə gözləmə mövqeyi tutublar. Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri iddia edirlər ki, bazarın tələbini qane etmək üçün onların ehtiyat imkanları olsa da, lakin onlar bu imkanları önləyici tədbir kimi istifadə etmək istəmirlər.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih deyib: “Bizim planımız tələbin təmin olunmasından ibarətdir. Səudiyyə Ərəbistanın hasilatı artırmamasının səbəbi, bizim bütün alıcılarımızın özlərinə lazım olan həcmdə neft ala bilməsini təmin etmək istəyindən irəli gəlir”.

Ancaq bununla yanaşı səudiyyəli nazir konkret həcm göstərmədən oktyabr ayında hasilatı artıracaqlarını da deyib. Onun bu sözləri qiymətin yüksək istiqamətinə uyğun şəkildə oynamağa başlayan Wall Streetdəki bankirlərin və hec fondların davranışlarına təsir edib.

“Bank of Amerika”da xammal məhsulları təhqiqatına rəhbərlik edən Fransisko Blanç müştəriləri üçün nəzərdə tutulmuş xidməti qeydiyyatında yazıb: “OPEK-dən gələn siqnallar neft qiymətlərinin sıçrayışa keçəcəyi ehtimalını göstərir və bu şərtlər həmçinin qiymətin 2008-ci ildəkinə bənzər çöküşü ehtimalını da artırır”.

10 il bundan öncə “Brent” markalı neftin bir bareli 150 dollara qədər qalxmışdı, amma bir neçə aydan sonra qiymətlər sürətlə aşağıya yuvarlanmışdı. Çünki yanacağın yüksək qiyməti və qlobal maliyyə böhranı tələbatın çöküşünə səbəb olmuşdu. Bu dəfə isə ABŞ və Çin arasındakı ticarət müharibəsi Asiyadakı iqtisadi böyümə üçün təhlükə yaradır. İnkişaf etməkdə olan ölkələrdə yaşanan qarmaqarışıqlıq qiymətlərin və tələbatın qlobal səviyyədə yüksəlməsinə güclü təsir göstərə bilər.

“Bank of Amerika”nın əsas ssenarisinə görə gələn il bir barel neftin orta qiyməti 80 dollar ətrafında olacaq. ”Citigroup” nümayəndəsi Ed Moris xidməti qeydiyatda yazıb: “Neft hasilatında ehtiyatın olmaması üzündən qiymətlərdə tarazlığın yaranması müşküldür. Əgər bütün potensial bazar riskləri öz əksini taparsa, onda qiymətlər 90 və hətta 100 dolara qədər qalxa bilər”.

(“Bloomberg”-ABŞ)

635x100

Şərhlər

Analitik 2018-09-26 17:18:26

Bele baxanda musbet haldir. Ancaq, neft ve ya her hansi ehemiyyetli resurslarin ixrac qiymetlerinin artmasi, insanlarda o zaman daha hevesle qarshilanir ki,(infrastruktur layihelerle ve umumi inkishaf prossesleri ile yanashi) bu, sosial-maddi rifah hallarinin (praktiki) qalxmasina da xidmet elesin.. Yoxsa, MM evvel bir urekachan qerar haqqinda danishir sonra "umumi muzakireler"e kechir ve axirda neqliyyat ve mallarin qiymet artimina cixarir!.. MM ve "tarif shurasi" da bu terefden insani ziyana salirlar!..

Şahin 2018-09-26 17:18:26

90-cı illərin sonunda Mr.James Bakerin Wyomingdəki ranchosundakı gizli toplantıda ABŞ-ın enerji daşıyıcılarının baha satılması üçün dünya bazarlarında neftin barelinin 360 dollaradək qaldırıması barədə qərar qəbul olunmuşdur.

Millət 2018-09-26 17:18:26

Bizə nə? Guya 140 olanda bizə ,yəni sadə vətəndaşa,fərqi vardı?

Son yazılar