NAZİRİN NAZİR QIZI – 16 yaşında Moskvaya köçüb, özündən 30 yaş böyük kişi ilə ailə qurub... (Fotolar)

Xəbər verdiyimiz kimi, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin xanım Moskva vilayətinin mədəniyyət naziri vəzifəsinə təyin olunub. “AzPolitika”nın məlumatına görə, uzun müddət jurnalistika və televiziya sahəsində çalışan Nərmin Şirəliyeva bir azərbaycanlı xanım üçün o qədər də tipik olmayan və kifayət qədər maraqlı həyat yolu ilə seçilir.

Oqtay Şirəliyevin üç qızından biri olan Nərmin xanım 1974-cü ildə Bakı şəhərində doğulub. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, artıq 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olan Nərmin xanım, jurnalistikanın kulturologiya istiqamətini seçib. Moskva vilayətinin yeni mədəniyyət naziri ingilis və fransız dillərində sərbəst danışır.

N.Şirəliyeva 1996-cı ildə ali məktəbi bitirəndən sonra "Kultura" qəzetində beynəlxalq icmalçı kimi fəaliyyətə başlayıb. Daha sonra Rusiyanın “Kultura” telekanalında müxbir işləyən Nərmin xanımın son iş yeri “Kultura” telekanalında şef-redaktor vəzifəsi olub. N.Şirəliyeva hətta 2012-ci ildə Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub.

Nərmin Şirəliyevanın şəxsi həyatındakı ən maraqlı məqam isə onun Rusiyada kifayət qədər tanınmış mədəniyyət xadimi ilə ailə həyatı qurmasıdır. Oqtay Şirəliyevin kürəkəni Yevgeni Qinsburq onun qızından 29 yaş böyük olub. 52 yaşlı rejissora ərə gedəndə, N.Şirəliyevanın cəmi 23 yaşı olub. Həm də bu, Y.Qinsburqun ikinci evliliyi imiş və onun artıq birinci evliliyindən 3 qızı varmış. Bu evlilikdən Nərmin xanımın Aleksandr adlı bir oğlu var. Amma məşhur kinorejissorun azərbaycanlı xanımla xoşbəxt evliliyi uzun sürməyib və cəmi 14 il çəkib. 2012-ci il yanvarın 15-də 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib.

Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində fəal fəaliyyəti ilə seçilən Nərmin Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəridir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Maks 2020-06-12 22:41:48

.

veysel 2018-09-26 17:52:27

Regbetim artdi yazirsiz.Neyine.Xacina?

Nina 2018-09-26 17:52:27

Bunlar bir az başa düşüləndir.Ancaq bir şey anlaşılmazdır.Əgər Nərmin xanım ( ona Nərmin adı haramdır) Oktay Şirəliyevn qızıdırsa və Oktay Şirəliyev Azərbaycanlı və müsəlmandırsa o zaman onun qızının boynundakı xaç nədir,Yox, əgər Şirəliyevlər xaçpərəstdirlərsə onda bu ad və soyadlar nədir?Bunu bir düşünən,qiymət verən varmı? Naziri belə qeyri-müəyyən olan ölkənin gələcəyi qaranlıq deyilmi?Azərbaycanı niyə bu günə salıblar?

nina abdullayeva 2018-09-26 17:52:27

Nərmin xanımın özündən 30 yaş böyük şəxslə ailə qurması barədə yazılanlar həmin şəxsin şəxsi həyatına müdaxilə etməkdir.Bu barədə yazmaq etik deyil.Əslində bu şəxsi məsələdir.Belə bir xanımın yüksək vəzifə təyin olunması hər bir Azərbaycanlı üçün qürurverici haldır.Bizlərdən bəziləri Nərmin xanım kimi potensilaı olan şəxslər barədə cəmiyyətdə məni rəy formalaşdırmaqla məşqul olmaqla məşquldurlar.Nərmin xanım barədə olan təyinat Rusiyada müəyyən dairələrdə bizim barədə formolaşmış mənfi fikirləri puç etdi.

Serlok Holms 2018-09-26 17:52:27

Alma aqacindan kenara dusmez....... Tocni dedesidi......

Türk 2018-09-26 17:52:27

ŞİRƏLİYEVİN ÖZÜNÜN MİLLİYYƏTİ KİMDİR? URUSA TƏMİZ MÜSƏLMAN QIZ VERMƏZ

Bitərəf 2018-09-26 17:52:27

Bu gözəl xanım bu eybəcər yəhudini seçməsinin ardında vallah nə isə var.Dolayısı ilə bağlantı güclü olmasa idi belə hal baş verməzdi.İndiki zamanda hər şeyi pula,vəzifəyə satanlar çoxalıb.Alah axırını xeyir etsin.Dünya dağılır.

antiAbu 2018-09-26 17:52:27

Erməni qadınlar, hansı millətin nümayəndəsinə, neçə yaşında kişiyə ərə getməsindən asılı olmayaraq, doğduqları uşaqlara erməni tərbiyəsi verirlər, onları erməniləşdirirlər. Əsas məsələ budur! Rusiyanın xarici işlər naziri ermənidir, əyalət nazairi isə azərbaycanlı. Görün biz onlardan nə qədər geri qalırıq. Saxarovdan tutmuş, Eldar Ryazanova kimi, bütün məşhur insanların,arvadları ermənidirlər. Erməni qəzetləri və saytları bu erməni xanımların şəxsi həyatları barədə ağzına və ağlına gələni yazmırlar.

cəngərlik sakini 2018-09-26 17:52:27

Dr.AĞANIN balasına.cöx özünə əl qatma, sənin oktay müəllimin bunları oxumayacaq.zəhmətin hədərdir.

ayzek 2018-09-26 17:52:27

Ay camaat, bəyimiz urus deyil, xalis yevreydir!

cəngərlik sakini 2018-09-26 17:52:27

Yeri düşəndə qaynata kürəkən "TÜRK" millətini sağlığına yəqin PƏNCO-PƏNCO vurarlar.rus demişkən "даже смотрет противно"

Elman 2018-09-26 17:52:27

Lut peygemberin shehrinin 99%-i uzden iraqlar olub Demeli bizim Bakida hemish shehere yaxinlashir. Islam diniin numayendesi qeyri islam diinden olana gedirse onun valideynlerine ne deyesen

samir 2018-09-26 17:52:27

azeri kiwisine ere kedsejdi cox kyman ki metisdir

Dr.AGAOGLU 2018-09-26 17:52:27

Çox memnunamki belə bir ciddi vezifeye mençece Azərbaycan əsilli bir qadın teyin edilib.Bu teyinatı onun çox guman ki, özü qazanıb.Ailə seçimi isə onun şexsi seçimidir. İşinde uğurlar.

ayzek 2018-09-26 17:52:27

cavana gedən yumruq yeyər,qocaya gedən quyruq.....

seymur 2018-09-26 17:52:27

Atasinin qizidi...... bu oqtay shireliyevin quzqusu durdu baxdi quzquye adini qoydu ozqeye

Abdulqədirə əlavə 2018-09-26 17:52:27

Bu şərh yazanlar qıza diqqətlə baxsalar üzündə rus xanımlarının cizgisi olduunu görər və Şirəliyevin də ruslara məhəbbətini başa düşərlər. Nə olsun,İlhamə deyirdi "yaşın nə fərqi var",Şirəliyv də deyir "milliyyətin nə fərqi var".Liş bı perspektiv olsun.Müsəlmanların onsuz da dini-məsləki qarışıb.Biri şiə,digəri sünnü,o birisi vahabi,daha biri səfəvi və s.İslam dininin sahibi yoxdur ki, bir məsləkə mənsub olsun.Yazıq,yetim Şirəliyev nə etsin? Qızını hansı birisinə verməli idi? Ona görə rusa verib də!

t.ədalət 2018-09-26 17:52:27

Belə çıxır ki,hörmətli səhiyyə nazirimizə bundan sonra Aleksandrın babası deməliyik.Atası qoca rus olsa da kişinin nəvəsidir də..

Oxucu 2018-09-26 17:52:27

Hər şeyi basha düşmək olardı.Sevgi,məhəbbət,yaşın nə fərqi var ki,karyera,və s.Ancaq Şirəliyeva Nərmin Oktay qızı olub boynundan xaç asmağı başa düşmək olmur.

cəngərlik sakini 2018-09-26 17:52:27

bu məqalədən sonra .....bunlar nə gündə imiş.

G.M 2018-09-26 17:52:27

Xahiş edirəm Nərmin xanıma ``Vedrə bağlamayaq``..Noolsun ki,O Şirəliyevin qızıdır..qeyri millətin üzvüylə ailə qurub.Onda niyə gündə biriylə yaşayan hər yoldan ötəndən bir uşaq qazanan manısları ``sevirsiniz``.özündən 50 yaş kiçik qızlarla ailə qurmuşu müqəddəs sayırsınız.Nə etdiyimizi düşünməliyik.istəyirsiniz ki,ermənilər Nərmini də ``özəlləşdirib`` adından bizə qarşı istifadə eləsinlər...

ABDULQADIR 2018-09-26 17:52:27

Önemli olan Rusiya kimi NEHENG bir dövletinen,hetta prezidentiyle yaxin elaqeleri olan BÖYÜÜÜÜK memur ordumuzun varligidir ki,bu günlerde Rusiya QRU-suyla elaqelerinin oldugu keshf edilen Orduxanlar hakimiyyetin varligina cinqili da olsa,diqqili da olsa bir shey edemmezler.Yashasin TOLLERANT hakimmiyyet.

Əliağa M. 2018-09-26 17:52:27

Doğrusu çox çaşdım. Şokdayam, demək ki, ...... ..

o.b.n 2018-09-26 17:52:27

yeznə qaynatadan dördcə yaş boyükdür.Biz talirant xalq olduğumuz eşitmişdim,ancaq beynəlmiləlçi olduğumuzu bilmirdim.Sovet dövründə başqa millətlə ailə qüran yüksək vəzifəyə təyin edilirdi.İndisə xarici yeznə tapana böyük vəzifə verilir,çünki oğurladığı çirkli pulları yuya bilsin rusdan,ispandan,fransizdan nə olsa. Belə məmurlar milli mentalitetdən necə danışırlar.Çeçen qızı erməniyə qoşulub qaçmışdı Qadirov onu geri qaytardıki,bu çeçenə təhqirdi.Bizdə isə şərəf sayırlar.

t.ədalət 2018-09-26 17:52:27

Nara xanımın genetik xristian sevdalısı olması...

Vekil 2018-09-26 17:52:27

Oxudum ve xanima regbetim hormetim artdi onu her adam basa dusmez bezi insan basa duser! O cox agilli olub oz tayi ile yasaya bilmezdi beyni cox qabaga gedib neynesin olubdee! Cox maraqli xanimdir))

t.ədalət 2018-09-26 17:52:27

Mən, bu qadının həyat yolu haqqında məlumatı oxuyandan sonra burnuma alkoqol iyisi gəldi.Adətən milli hissi olmayanlar belə evliliyi seçirlər.Və bu bir həqiqətdir ki,onlar öz millətləri üçün doğulanlardan olmurlar..

Mirzə AĞ 2018-09-26 17:52:27

Görün, başımıza necə oyun açırlar - "azərbaycanlı" adı altlnda hər cür yabançı ünsürü bizə sırıyırlar!!!

Son yazılar