“Putin Ermənistana gələn il səfər edəcək” - Rusiya prezidentinin köməkçisi

“Fikrimcə, Rusiya prezidenti Vladimir Putin Ermənistana, təxminən, gələn il səfər edəcək”.“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Doğrudan da, prezidentimizin Ermənistana səfərinin təşkil edilməsi müzakirə olunsa da, dəqiq tarixindən bəhs edilməyib”, - o vurğulayıb.

Y.Uşakov deyib ki, iki dövlətin başçıları MDB-nin Düşənbədə keçiriləcək sammiti, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanada və Avroasiya İqtisadi İttifaqının Moskvada keçiriləcək sessiyaları çərçivəsində görüşəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Rusiya prezidenti Vladimir Putinin bu il sentyabrın sonunda Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar