"Qarabağ" Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış “Qarabağ” – “Zirə” oyunu keçirilib. “Report” xəbər verir ki, Ağdam təmsilçisi “Azərsun Arena”da baş tutan görüşdə qələbə qazanıb - 3:2.

Meydan sahiblərinin qollarına 28-ci dəqiqədə penaltidən Filip Ozobiç, 48 və 85-ci dəqiqələrdə İnnosent Emeqara imza atıb. Qonaqların heyətində isə 56 və 85-ci dəqiqələrdə Mirsahib Abbasov fərqlənib.

Bu qələbə sayəsində xalını 13-ə çatdıran “Qarabağ” 1-ci pilləyə yüksəlib. Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv "Neftçi" ilə eyni xala malik olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib.

“Zirə” isə 1 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar