Rusiya və ABŞ Suriyadakı hərbi gücünü artırır

İdlib anlaşması baş verməsə hərbi əməliyyatlar yenidən bərpa olunacaq, bu dəfə daha amansız şəkildə Rusiya və Türkiyə prezidentləri arasında İdlib razılaşması Suriyanın qalmaqallı vilayəti ətrafında sabitlik yaratsa da, vəziyyət hər an dəyişə bilər. Çünki həm Rusiya, həm də ABŞ Suriyadakı güclərini demək olar ki, hər keçən gün artırırlar.

Örtən gün ABŞ müdafiə naziri Ceyms Mattis deyib ki, Vaşinqton yerli hərbi güclər formalaşana qədər Suriyada ordu saxlamağı düşünür. Bunun əyani sübutu isə Pentaqonun ötən gün İraq-Suriya sərhədində yeni hərbi baza yaratması olub. Ancaq buna qədər Vaşinqton son aylarda Suriyada hərbi gücünü xeyli artırıb.

Son məlumatlara əsasən ABŞ ordusunun Suriya ərazisində əsasən kürd bölgələrində 25 hərbi bazası var. Ancaq yaya qədər bu rəqəm 20 idi. İndi isə yay boyunca bazaların saya daha 5 ədəd artırılıb. Buna paralel olaraq ABŞ ordusunun Suriyada indi 5 min nəfərə yaxın hərbçisi var.

Ruslar da boş dayanmır. Moskva son iki gündə Suriyaya yeni hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə sistemləri yerləşdirib.

İdlib ile ilgili görsel sonucu

“Sputnik”-in məlumatına görə, ilk komplekslər sentyabrın 24-də "İl-76" təyyarələri vasitəsilə Xmeymim aviabazasına gətirilib. Radioelektron mübarizə sistemlərinin məqsədi Suriya ərazisində hücum əməliyyatları keçirəcək uçan aparatların idarə və əlaqə sistemlərinin qarşısını almaqdır. Komplekslər Suriya ərazisində, həmçinin bu ölkənin Aralıq dənizi sahillərində bir neçə yüz kilometr məsafədə radioelektron günbəz yaratmağa imkan verəcək.

İsrail qırıcılarını vurmaq istəyən Suriya hava hücumundan müdafiə sistemlərinin səhvən Rusiyanın “İl-20” hərbi-kəşfiyyat təyyarəsini vurmasından sonra Moskva açıq şəkildə İsraili ittiham edib. Həftənin əvvəlində isə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyanın Rusiyadan almaq istədiyi S-300 hava hücumundan müdafiə sistemləri Dəməşqə göndəriləcək.

Şoyqu bildirib ki, "S-300" raket əleyhinə kompleksləri 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir. Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırmışdı, lakin vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib. Belə görünür ki, Rusiya İsrail ordusunun məlum hərəkətindən istifadə edərək Suiryanın hava hücumundan müdafiə gücü artırmağa çalışır. Çünki məlum olduğu kimi ABŞ və müttəfiqləri iki dəfə - 2017-ci və 2018-ci ilin yazında Suriyaya zərbələr endirib. Ancaq Suriya ordusunda yalnız SSSRİ istehsalı olan “Pantsir” – “S-200” hava hücumundan müdafiə sistemləri var ki, onlar da müasir təyyarələri vurmaq qabiliyyətinə malik deyil.

İdlib ile ilgili görsel sonucu

İndi isə Rusiya Suriyaya daha müasir və döyüş imkanları nisbətən yüksək olan yeni sistemlər verir. Bununla da Suriyanın həm İsrailin, həm də digər ölkələrin hava zərbələrinə cavab vermək imkanı artacaq. Çünki artıq ABŞ, Fransa, Britaniya, Almaniya kimi ölkələr İdlib əməliyyatında kimyəvi silahdan istifadə olunacağı təqdirdə Suriya ordusunun bombalanacağını bəyan edib. İsrail isə münaqişə başlayandan bu günə qədər ara-sıra Suriya ərazilərinə daxil olaraq hərbi məntəqələri bombalayır. Təl-Əviv bu addımı Suriyada yerləşən İran qüvvələri Hizbullah güclərinin yaratdığı təhlükə ilə izah edir.

İdlib ətrafında vəziyyət indi Ərdoğan və Putinin sentyabrın 18-də əldə etdikləri razılaşmanın icrasından asılı olacaq. Xatırladaq ki, sentyabrın 18-də Rusiya və Türkiyə prezidentləri arasında İdlib mövzusunda anlaşma əldə olunub. İdlibdə atəşkəsin qüvvəyə minməsini təsdiqləyən Anlaşmaya əsasən, oktyabrın 10-dək silahlı müxaliflər raket sistemləri, top, tank kimi ağır silahları bölgədən çəkəcəklər. Oktyabrın 15-dək İdlibdə silahlılar və hökumət qüvvələri arasında 15-20 kilometr genişliyində silahsızlaşdırılmış bölgə yaradılıacaq. Ən-Nusra, ya da yeni adı ilə “Heyət Tahrir əş-Şam” qruplaşması terror təşkilatı kimi tanındığı üçün silahsızlaşdırılmış bölgədən çıxaracaq. Silahsızlaşdırılmış bölgədə Rusiya və Türkiyə ordusu patrulları birgə hərəkət edəcək. Bu anlaşmaya əsasən hər iki tərəfin terrorçu kimi tanıdığı silahlılar silahsızlaşdırılmış bölgədən çıxarılacaq, onların bu bölgədə fəaliyyətləri yasaqlanacaq. Anlaşmanın ən mühüm detallarından biri də Hələb-Hama, oradan da Dəməşq və ölkənin cənub sərhədinə qədər gedib çıxan M-5 magistralının hökumət qüvvələrinin nəzarətinə keçməsi olub.

İndi hər kəs qarşıdakı günlərdə təqvimə uyğun olaraq prosesin necə davam edəcəyini gözləyir. İndi qarşıda əsas maneə İdlibdəki müxalif silahlıların Türkiyənin götürdüyü öhdəliyə necə əməl edəcəyidir. Əgər silahlılar bu anlaşmanın detallarına riayət etməsələr toqquşmaların yenidən bərpa olunması riski var. Silahlı qruplar anlaşmaya riayət etməsələr, bu zaman tabe olmayan bölgələrdə əməliyyatların bərpa olunması mümkündür. Hələlik isə təqvimdə göstərilən tarixə qədər gözləməkdən başqa variant yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar