RUS HƏRBİ KƏŞFİYYATININ BÖYÜK İFŞASI - "Boşirov" əslində Çepiqa imiş! (Fotolar)

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Skripalların zəhərlənməsində şübhəli bilinənlərdən birinin - Ruslan Boşirovun adı-soyadı əslində, Anatoli Çepiqa imiş.

«Dojd» telekanalının məlumatına görə, birgə araşdırmaların nəticələrinə əsasən, «Bellingcat» və «The Insider» nəşrlərinin ekspertləri bu qənaətə gəliblər. Onların məlumatına görə, Çepiqa - Rusiya silahlı qüvvələri Baş Kəşfiyyat İdarəsinin (BKİ) polkovniki və «Rusiya qəhrəmanı»dır.

Materialın müəllifləri təsdiqləyirlər ki, Boşirovu hərbi kəşfiyyat əməkdaşları hazırlayan hərbi məktəblərin məzunları sırasında axtarıblar - 2001-2003-cü illərin məzunlarının fotolarına baxıblar. Nəticədə, Uzaq Şərq ümumqoşun komandirləri məktəbinin (UŞÜKM) «Boşirov»a oxşayan kursantlarının Çeçenistanda çəkilmiş fotolarını tapıblar. Fotodakı - Anatoli Çepiqadır.

Jurnalistlər 2014-cü il üçün «Rusiya pasportu» sistemindən Çepiqanın şəkili olan çıxarışı tapıblar. Sənədə əsasən, o, 1979-cu il mayın 5-də anadan olub, sözügedən hərbi məktəbi əla qiymətlərlə bitirib və sonra BKİ-nin 14-cü xüsusi təyinatlı briqadasının ikinci çeçen müharibəsində iştirak etmiş bölməsində qulluq keçib. 2014-cü ilin dekabrında Prezident Vladimir Putin Çepiqanı «Rusiya qəhrəmanı» fəxri adı ilə təltif edib.

Bu barədə bu gün «The Daily Telegraph» nəşri də yazıb.

Bundan əvvəl, London Skripalların zəhərlənməsində şübhəli bilinənlərin - Aleksandr Petrovun və Ruslan Boşirovun adlarını açıqlayıb və bildirib ki, onların ikisi də BKİ-nin zabitləridir, adları isə uydurulmuşdur. Ardınca, KİV-də onların aeroportda, vağzalda və Solsberinin küçələrində çəkilmiş fotoları dərc olunub.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar