“İlyasa buraxdığın ən qiymətli miras budur...” - Sevil Nuriyeva Etimad İsmayılovdan yazdı

“Allah var, qəm yox… Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayət, divana çıxacağıq… Mənim Etimadım mərd doğuldu və mərd kişi olaraq bu aləmi tərk etdi”.

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Sevil Nuriyeva mərhum həyat yoldaşı Etimad İsmayılovla bağlı özünün “Facebook” hesabında qeyd edib.

Xanım Nuriyeva yazıb ki, bundan sonra onun ən böyük arzusu Cənnətdə Etimadla təkrar qovuşa bilməkdir:

“Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi… Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar ondan razıdır. Ağzı oruclu, abdəstli və ən son gün zəkat verərək, dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi! Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə, sənə sözümdür, hamısı olacaq…

Bu gün dostlarından, dostlarımdan “Mülk” və “Yasin” surələrinin oxunmasını xahiş edirəm. Məni yalnız buraxmayan, dualarını əksik etməyən, başsağlığı verən, mənim çiynimə çiynini dayayan gerçək dostlarımıza mütəşəkkirəm. Allah sizləri qorusun və dərd verməsin”.

S.Nuriyeva bildirib ki, bu dünyada nəfəsi bədənindən çıxan günə qədər Allahı, məfkurəsi, davası, Etimadi, İlyası, dostları üçün yaxşı, mərd, mərhəmətli olmağa davam edəcək: “Acım dərin və heç dinməyəcək. Amma Cənnətdə qovuşanadək dua edəcəm, Etimad… Səninlə fəxr etdim hər zaman… Səninlə birlikdə keçirilən hər an bir ömür qədər qiymətlidir, əzizdir, əzizim. Arxanda qoyduğun “Mərd adam” adı üçün sağ ol, canım. İlyasa buraxdığın ən qiymətli miras budur. Məni gözlə, əzizim. Vaxt tamam olanda, Allah Cənnətində qovuşduracaq, inşallah”.

S.Nuriyeva fikirini belə tamamlayıb: “Sənə alçaqca, qorxaqca, şərəfsizcə hücum edən isə hər iki dunyada cəza alacaq. Allahin ədalətinə sonsuz şükürlər olsun. Və Turkiyə dövlətinin ƏDALƏTi hər şeyi şübhəsiz ki, ortaya çıxaracaq. Qanımızı axıdan pisliyin cəzasını İlahi Ədalətə və Türkiyə dövlətinin ədalətinə həvalə edirəm”.

635x100

Şərhlər

Redaktor 2018-09-26 23:07:56

Coxboyuk itkidi her bir aile ucun ata itkisi. Allah ovladini qorusun hec kese mohtac etmesin..

Nadir 2018-09-26 23:07:56

Bismillahir-Rəhmanir-Rəhim . Allah rehmet elesin.Allah necə ürək ağrısı ilə Sevil xanım yazıb.Tam oxumaq mümkün deyl!Adam dəhşətə gəlir.Çox heyif. ALLAH SƏBİR VERSİN.

Bayram 2018-09-26 23:07:56

Allah Rehmet Etsin.

Rehim 2018-09-26 23:07:56

Allah rehmet elesin. Sevil xanım, doğru yoldasınız. Çox süretle keçib geden bu fani dünyadan sonra o biri heyatda Etimad beyin nece yüksek durumda olacağını, o qatilin de nece rezil olacağını göreceksiniz inşallah.

ABDULQADIR 2018-09-26 23:07:56

ALLAH REHMET ETSIN.AMIN.

Son yazılar