Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının yekun konserti keçirilib

Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının yekun konserti keçirilib. “Report” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu və bir sıra incəsənət xadimləri iştirak ediblər.

Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış ediblər.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festival konsertlərində müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar