Tramp Kanadanın Baş naziri ilə görüşməkdən imtina edib - BMT BM-də

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində (BMT BM) Kanadanın Baş naziri Castin Tryüdo ilə görüşməkdən imtina edib.

ABŞ lideri bunu Vaşinqtonla ticarət danışıqlarında Ottavanın narazı mövqe tutmasına görə edib. Tramp qeyd edib ki, bu məsələdə güzəştə getməyə hazır deyil.

«Biz, onların danışıq aparan nümayəndələri ilə yola getmirik» - deyə, Tramp bildirib və əlavə edib ki, danışıqlarda Kanadanın nümayəndəsi ABŞ-ın xoşuna gəlmir. Eyni zamanda, dövlət başçısı etiraf edib ki, «Kanadanı çox sevir və orada çoxlu dostları var».

Şimali Amerika bölgəsində Kanada, ABŞ və Meksika arasında azad ticarət barədə saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib. Bu sazişə yenidən baxılması və ya ondan tam imtina olunması Trampın seçkiqabağı vədlərindən biri olub.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar