“GÖSTƏRMƏLİYİK Kİ, ARTIQ SƏBRİMİZ TÜKƏNİB” - "Onlar Rusiyanın adamlarıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan “Qarabağ mitinqi”nə münasibətini açıqlayıb.

"AzPolitika.info"nun məlumatına görə, Qüdrət Həsənquliyev həm mitinq təşəbbüsünə, həm də mitinqə icazə verilməsinə müsbət yanaşdığını bildirib: “Hökumət də, cəmiyyətin fəal siyasi hissəsi də qəti qərarların qəbul olunmasının vaxtının çatdığının fərqindədirlər. Biz dünya birliyinə, o cümlədən Ermənistana göstərməliyik ki, artıq səbrimiz tükənib və daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik. Bunu etməyimiz üçün isə xalq mitinqə gəlməlidir. Əgər xalqımız kənar seyrçi mövqə tutsa bu mitinqin ziyanı xeyrindən daha çox olacaq”.

Qüdrət Həsənquliyev “Sizin Qarabağın azadlığı qarşılığında Rusiyanın liderliyi ilə yaradılmış ittifaqlara qoşula biləcəyimiz barədə açıqlamanıza yenə də bəlli şəxslər tərəfindən qeyri-ciddi münasibət bildirilib, bu barədə nə deyə bilərsiniz?” sualını belə cavablandırıb: “Həmin insanlar Rusiyanın adamlarıdır. Mənim danışıqların Ermənistanla yox, Rusiya ilə aparılmalı olduğu barədə söylədiklərim onları qıcıqlandırır. Mən həqiqəti birbaşa deyirəm. Yəni münaqişənin arxasında Rusiya dayanıb və torpaqlarımızın işğal altında qalmasının səbəbkarı Rusiyadır.

Bəs onlar nə deyir?! Onlar 2016-cı ilin aprel savaşı zamanı bəyan etdilər ki, biz hücumu davam etdirməli idik və bunu edərdiksə Rusiya bu münaqişəyə qatılmayacaqdı. Soruşa bilərsiniz ki, bu adamlar niyə utanmazcasına belə yalan danışa bilirlər!? Onların istəyi Azərbaycanı Rusiyanın tərkibində bir quberniya, özlərini isə qubernator görməkdir. Rusiya aprel savaşı zamanı 3 gün ona görə susdu ki, Sarkisyanın xarizmasının sındırılmasını istəyirdi və buna da nail oldu. O zaman bizim maraqlarımız üst-üstə düşürdü. İndi də çalışmalıyıq ki, Paşinyanın qovulmasında da iştirak edək və torpaqlarımızı azad edək. Rusiya Paşinyanı qərbpərəst siyasətçi kimi hakimiyyətə həmin qüvvələri gözdən salıb qovmaq üçün gətirib. Mütəllibovu təyyarəyə qoyub aparmaqla Azərbaycanda bu ssenari uğurla sınaqdan çıxarılıb. Ancaq təkcə Paşinyana görə Rusiya Qarabağ kartından imtina etməz. Biz Rusiyanın yaratdığı regional ittifaqlara qoşulmaqla burada onun maraqlarını qoruyacağımıza təminat verə bilərik. Həmin qüvvələr isə düşünürlər ki, Azərbaycanı Ermənistan -Rusiya ittifaqına qarşı riskli müharibəyə təhrik edib məğlubiyyətə düçar etsələr bu, mütləq onların hakimiyyətə yolunu açar. Rusiya bölgəyə sülh göyərçini kimi gəlib, onların başına qonmaqla, nəhayət ki, gözlərində qalmış arzularına çatdırar. Məsələnin sadə təsviri bundan ibarətdir”.

635x100

Şərhlər

samir 2018-09-27 11:31:09

sen dejesen 28 ilden sonyra jadina dywyb cox desyf ki bele

EJDER 2018-09-27 11:31:09

BU MALLIM IQTIDAR MUXALIFET OYNUNUN BAW QEHREMANIDI...SECKILERINDE...NAMIZEDI

imran 2018-09-27 11:31:09

Bir dəfəlik yadımızda saxlayaq-Rusiya heç vaxt Azərbaycanın xeyrinə iş görən deyil.C.Cabbarlının 1905-ci il əsırini,1918-ci və 1920-ci illəri ydımıza salaq.Qarabağı və ətraf rayonları Rusiya işğal edib ermənilərə vermədimi?Bizimkilər isə hər zaman Ermənistan Azərbaycan torpaqlarını işğal edib deyirik.Biz sözün düzünü belə deməkdən çəkinirik.Nə üçün Aprel döyüşlərində firsətdən istifadə edib Xankəndinə girmədik? Nə isə.Sülh yolu ilə ermənilər torpaqları qaytaran deyillər.

samir 2018-09-27 11:31:09

by dijesen japin kyxnasindan daniwir

ayzek 2018-09-27 11:31:09

.... MƏLLİM GÖRƏSƏN KİMİN ADAMIDIR?

Sabiryana-ya 2018-09-27 11:31:09

Sonsətr unuulub. Tək-tək ayılan vadsa da haqq dadıma çatsın. Qüdrət bəy də indi ayılıb. A kişi 25 il bir cavanın ömrüdür.25 il keçib.Harada və niyə yatdığınız isə məşhuri cahandır. Bu necə dövri zamandır,işimiz ahü fəğandır. Allaha qalşb ümid.O da deyəsən bizlərdən küsüb.Çünki Allah deyib ki,Sizdən hərəkət,məndən bərəkət!Hərəkətsiz dayanıb "ağzıma quyruq" demək olmur...

G.M 2018-09-27 11:31:09

Qudrət bəy region siyasətçiliyindən bir addım qabağa atmaq istəyir.Siyasi gedişatı,gələcəkdə baş verə biləcək gözlənilən dəyi.ikliklərdə özünü suğortalamaq yolunu tutub.Ancaq onlu da,onsuz da Rusiya ABŞ-ın maraqlarına,qarbaçovun planına uyğun çökəcək.Və bundan sonra Qafqazda hər şey öz axarına düşəcək..

t.ədalət 2018-09-27 11:31:09

Qüdrət müəllim,Sizdən uzaq,arada casuslar da Rusiyanı "asıb-kəsirlər"ki,izi azdırsınlar.Amma həmin rus sevdalıları həmişə ölkəmizə düşmən mövqelərində olublar.Bu gün də düşmən olaraq qalırlar.Allah bəlalarını versin!

Sabiryana 2018-09-27 11:31:09

Səs salma,yatanlar ayılar,qoy hələ yatsın, Yatmışları razı deyiləm.kimsə oyatsın Çox gözəl söyləmiş Ələkbər Sabir Necə də yaraşır zaana dair. Qüdrət, tez deyil? Sən bunu soruşmusan?

Son yazılar